Modern.az

Nigar Camalın üzünün 1,5 milyon manata sığortalanmasının səbəbi açıqlanıb

Nigar Camalın üzünün 1,5 milyon manata sığortalanmasının səbəbi açıqlanıb

Mədəni̇yyət

28 Sentyabr 2011, 16:24

“Atəşgah” sığorta şirkəti "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal üzünü 1,5 milyon manat məbləğində sığortalayıb. Nigar Camal həm də “Atəşgah” şirkətinin rəsmi siması elan edilib. Modern.az xəbər verir ki, bu gün "Atəşgah” şirkətində məsələ ilə bağlı mətbuat konfransı keçirilib.

Şirkətin İdarə Heyəti sədrinin müavini Əkbər Mədətli deyib ki, Azərbaycanda insan bədənin hansısa hissəsinin sığortası ilk dəfədir tətbiq olunur.

Ə.Mədətli Nigar Camalın üzünün sığortalanmasının səbəbini onunla izah edib ki, "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi “Atəşgah” sığorta şirkətinin siması olacaq. Bununla bağlı imzalanan müqaviləyə əsasən, Nigar Camal digər şirkətlərlə buna bənzər müqavilələr bağlaya bilməz.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər