Modern.az

Qarabağ probleminin həlli Rusiya-Amerika razılaşmasından çox asılıdır

Qarabağ probleminin həlli Rusiya-Amerika razılaşmasından çox asılıdır

4 Dekabr 2009, 18:49

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Va.inqtonda ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Görüşdə Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma kontekstində Qarabağ məsələsinin də müzakirəsi gözlənilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli Modern.az saytına açıqlamasında qeyd edib ki, Ərdoğan dəfələrlə çox açıq şəkildə, qətiyyətlə deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılmasından söhbət gedə bilməz: “Bilirəm ki, bu bəyanatlar sadəcə bəyanat deyil, çünki bunun arxasında Türkiyə rəhbərliyinin siyasi iradəsi durur. Şəxsən mən Qarabağ münaqişəsinin ədalətli həllinə Azərbaycandan kənar dəstəyi yalnız və yalnız qardaş Türkiyədən gözləyirəm”.

Millət vəkli Ərdoğanla Obamanın yalnız Qarabağ problemini müzakirə etməyəcəyini deyib: “Bu gün Amerikanı daha çox düşündürən Türkiyə-İran münasibətləridir. Sözsüz ki, bu, gündəlikdə olan birinci məsələdir. Bundan sonra Amerikanı düşündürəcək məsələlər, bölgədəki durum, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri müzakirə oluna bilər.  Bu baxımdan, Ərdoğanin Obama ilə müzakirə edəcəyi çox məqam var. Bizim üçün bu məqamlardan başlıcası Azərbaycanın ərazi bütövlüyünün  təmin olunması, Azərbaycanın torpaqlarının işğaldan azad olunmasıdır. Mən əminəm ki, bu sahədə Türkiyə ilə Azərbaycanın siyasi rəhbərliyinin mövqeyi üst-üst düşür. Bu gün Azərbaycan iqtidarı Dağlıq Qarabağ münaqişəsinin həllini hansı şəkildə görürsə, Türkiyə iqtidarı da o cür düşünür. Azərbaycan parlamentinin deputat qrupunun Türkiyəyə səfəri zamanı baş nazir Ərdoğan bunu dəfələrlə vurğuladı. Dedi ki, Azərbaycan xalqı münaqişənin həllini hansı formada məqbul sayacaqsa, onlar da o şəkildə həllə dəstək verəcəklər.

G.Hacıbəyli sözügüdən görüşə böyük ümidlər bəslədiyini gizlətmir: “Türkiyənin bölgədə çəkisi və nüfuzunun artması nəticəsində yaranan yeni geosiyasi reallıqlar var. Bu ümidverici məsələdir. Birmənalı olaraq deyirəm ki, Qarabağ probleminin həlli Rusiya və Amerika razılaşmasından çox asılıdır. Bu həm də Türkiyə-Amerika münasibətlərinə bağlıdır”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir