Modern.az

Rusiyanın Perm şəhərindəki yanğında 109 nəfər ölüb

Rusiyanın Perm şəhərindəki yanğında 109 nəfər ölüb

5 Dekabr 2009, 16:32

Dekabrın 4-dən 5-nə keçən gecə Rusiyanın Perm şəhərindəki "Xromaya loşad" gecə klubunda bu kafenin yeddi illiyinin qeyd edilməsi zamanı atəşfəşanlıq olub və bu vaxt pirotexnika partlayıb, nəticədə güclü yanğın baş verib, çoxlu insan tələfatı qeydə alınıb. 
Klub demək olar ki, tamamilə yanıb. Нanğında 109 nəfər ölüb, 142 adamsa xəsarət alıb.   Klubun sahibi Anatoliy Zak həbs olunub. O, yanğın-təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinir.
Rusiya prezidenti Dmitri Medvedev Permdə baş verən faciə ilə bağlı dekabrın 7-ni bütün ölkə ərazisində matəm günü elan edib. Perm vilayətində isə 3 günlük matəm elan olunub. Yerli hakimiyyət orqanları ölənlərin ailəsinə 100 min rubl ayrıldığını bildiriblər. Prezident Dmitri Medvedev də kömək üçün vəsaitə qənaət etməməyi tapşırıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı