Modern.az

Elmar Vəliyevin yeni VİDEOSU yayıldı - İcra başçısı sağalıb  

Elmar Vəliyevin yeni VİDEOSU yayıldı - İcra başçısı sağalıb   

Reportaj

25 Avqust 2018, 12:23

Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış icra başçısı Elmar Vəliyevin olduğu bildirilən video yayılıb. Modern.az xəbər verir ki, videogörüntü Musavat.com-un elektron poçtuna göndərilib.

İddia olunur ki, videodakı şəxs Elmar Vəliyevdir. Göründüyü kimi, o, lüks bir otaqda (otel və ya klinika) oturub və iştahla yemək yeyir. 

Qeyd edək ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi