Modern.az

Perm faciəsində şübhəli bilinən 3 nəfər həbs olunub

Perm faciəsində şübhəli bilinən 3 nəfər həbs olunub

Dünya

6 Dekabr 2009, 12:12

 

Rusiyanın Perm şəhərindəki gecə klubunda baş vermiş  yanğınla əlaqədar 3 nəfər həbs olunub.

 

“Ria-novosti” agentliyinin məlumatına görə, istintaq orqanlarının əməkdaşları yanğında şübhəli bilinən 3 nəfəri həbs edib. Cinayət işi üzrə daha 4 nəfərin axtarışı davam etdirilir.  Perm milisi ilk növbədə kafe-barın icraçı direktoru SvetlanaYefremovanı və təsiçsi Anatoli Zakı həbs edib.  3-cü şəxs isə pirotexnikanı quraşdırmış şəxsdir. Yanğında şübhəli bilinən obyekti icarəyə vermiş şəxs ağır halda xəstəxanadadır. O, yangın zamanı klubda olub.  

 

 

Həbs olunmuş şəxslər cinayət işü üzrə dindirilib. Hazırda onlara müvafiq cəzanın verilməsi məsələsinə baxılır.

 

 

 

 

Xatırladaq ki, ötən gecə yarı baş vermiş dəhşətli yanğında 110 nəfər həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir