Modern.az

Daxili İşlər Nazirliyi müsabiqə keçirdi - Heç bir jurnalistə yer verilmədi

Daxili İşlər Nazirliyi müsabiqə keçirdi - Heç bir jurnalistə yer verilmədi

Media

29 Avqust 2018, 16:49

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə daxili işlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edib.

Müsabiqə 2018-ci il fevralın 28-də başlayıb, mayın 30-da başa çatsa da, nəticələr elan olunmayıb.

 

Qeyd edək ki, qaliblər üçün müəyyən edilən mükafat indiyədək jurnalistlər arasında keçirilən müsabiqələr arasında ən yüksəyi idi: I yer 3000 manat, II yer 2000 manat, III yer 1000 manat.

 

DİN-nin müsabiqə komissiyası əvvəlcə müsabiqə nəticələrinin ilin sonundək elan ediləcəyini desə də, sonradan ümumiyyətlə nəticələr ləğv edilib.


Daxili İşlər Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, jurnalist yazılarını dəyərləndirən komissiya üzvləri ümumilikdə daxil olan materiallardan narazı qalıb:

“Materiallar içərisində polisin fəaliyyətini tam tərənnüm edən yazılar olmayıb. Ona görə də müsabiqənin qalibləri yoxdur”.

Müsabiqənin bu cür sonluqla yekunlaşması DİN-ə yazı təqdim edən bəzi jurnalistlərin narazılığı ilə qarşılanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər