Modern.az

Bu il 55 rayon və şəhərdə əmək yarmarkası keçirilib

Bu il 55 rayon və şəhərdə əmək yarmarkası keçirilib

6 Dekabr 2009, 12:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanları tərəfindən 2009-cu ildə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkənin 55 şəhər və rayonunda əmək yarmarkaları keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, bu yarmarkalarda 2 min 181 idarə, müəssisə və şirkət 17 min 626 vakant iş yeri ilə iştirak edib. İlin əvvəlindən indiyədək ölkə üzrə əmək yarmarkaları vasitəsilə 5801 vətəndaş münasib işlə təmin olunub. Bundan əlavə, 545 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Natiq Məmmədov cari ilin ötən dövründə ölkənin məşğulluq xidməti orqanlarına 38 min nəfərdən artıq işaxtaran vətəndaşın müraciət etdiyini bildirib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 3500 nəfər çoxdur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir