Modern.az

Moskvada terrorda ittiham olunan bir azərbaycanlı həbs olunub

Moskvada terrorda ittiham olunan bir azərbaycanlı həbs olunub

6 Dekabr 2009, 18:09

 

“Nevskiy ekspres” qatarında baş vermiş partlayışda şübhəli şəxs qismində bir azərbaycanlı həbs olunub. Modern.az-ın “qazeta.ru” saytına istinadən yaydığı məlumata əsasən, Moskvaətrafı Solneçnoqorsk şəhərində “ekspres” sürət qatarında baş vermiş təxribatla bağlı 2 Çeçenistan sakini və bir azərbaycanlı həbs olunub. Həbs olunanların vəkili İrina  Qordiyenkonun “Exo Moskva” radiosuna verdiyi məlumata görə, Rusiya “OMON”-un 30-a yaxın əməkdaşı azərbaycanlı Zaur Quliyevin mənzilinə basqın ediblər. Onun mənzilində Əmrixanovlar soyadlı çeçen qardaşları gecələyib. Vəkil qeyd edib ki, hər 3 nəfəri 48 saat ərzində döyərək onları baş vermiş hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürməyə məcbur etməyə çalışıblar.

 

 

Qordiyenko əlavə edib ki, həbs olunan şəxslər  hələ də Moskvadakı təcridxanlardan birində saxlanılır və onlara vəkillə görüşməyə icazə verlimir.  Moskva vilayəti Baş İstintaq İdarəsi rəisinin birinci müavini baş verənləri təsdiqləyərək əlavə məlumat verməkdən imtina edib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir