Modern.az

Hüseyn Arifin xatirə gecəsi keçirilib

Hüseyn Arifin xatirə gecəsi keçirilib

7 Dekabr 2009, 11:52

Modern.az xəbər verir ki, Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında Azərbaycanın görkəmli şairi  Hüseyn Arifin  85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Gecədə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva, şair Zəlimxan Yaqub, yazıçı Eyvaz Borçalı, professor Məhərrəm Qasımlı, doktor Cavad Heyyət, şairin ailə üzvləri və şəhər ictimaiyyəti iştirak edib.
İlk olaraq çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı V.Əliyev qonaqları salamlayıb, H. Arifin 85 illik yubileyinin Sumqayıtda keçirilməsinin əlamətdar hal olduğunu vurğulayıb. Tədbir zamanı çıxış edənlər şairin həyat və yaradıcılığından, H.Ariflə bağlı xatirələrindən danışıblar. Gecənin sonunda musiqili qonaqlar tədbirə xüsusi ovqat qatıb.

Qeyd edək ki, Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif) 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil alıb. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. (1951-1952). Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959), «Azərnəşr»in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), Gənclik Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib. 1982-ci ildən Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan H. Arifin ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına GəncTamaşaçılar Teatrında tamaşaya qoyulub.1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir