Modern.az

Parisdə AŞPA-nin büro iclasi keçirilib

Parisdə AŞPA-nin büro iclasi keçirilib

7 Sentyabr 2009, 18:53

Sentyabrın 7-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) büro iclası keçirilib. Bu tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan daimi  nümayəndə  heyətinin  rəhbəri Səməd  Seyidov iştirak edib.
Sentyabrın isə 8-9-da isə AŞPA-nın Monitorinq və Siyasi İşlər  Komitələrinin iclasları keçiriləcək. S. Seyidovun da iştirak edəcəyi bu iclaslarda Azərbaycan, Gürcüstan və Monakoda vəziyyət, Ermənistan, Moldova, Albaniya və Serbiyada demokratik təsisatların fəaliyyəti, Bolqarıstanda  parlament  seçkilərinin  nəticələri,  QHT-lərin  ictimai  həyatda  rolu və  digər  məsələlər  barəsində müzakirələr  aparılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...