Modern.az

Parlament jurnalistlərinin Milli Məclisin payız sessiyasında müzakirəsini görmək istədiyi məsələlər...

Parlament jurnalistlərinin Milli Məclisin payız sessiyasında müzakirəsini görmək istədiyi məsələlər...

Reportaj

10 Oktyabr 2011, 17:40


Milli Məlisin payız sessiyası artıq öz işinə başlayıb. Senytabrın 30-da sessiyanın ilk iclası oldu. İkinci iclas oktyabrın 18-də keçiriləcək. Bu sessiya dövründə plenar iclaslarda müzakirə olunacaq məsələlər də artıq açıqlanıb. Bəs parlament jurnalistləri paylz sessiyasında hansı məsələlərin müzakirəsini görmək istərdilər?

Modern.az-ın əməkdaşı parlament jurnalistlərindən suala cavab öyrənməyə çalışıb.

Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bilidirib ki, bu sessiya dövründə onun diqqətini çəkəcək məsələlərdən biri “Mədəniyyət haqqında” qanunla bağlı dəyişiklərdir.
“Bundan əlavə, Şəhərsalma Məcəlləsi və Tikinti Məcəlləsi ilə bağlı qanun layihələrinin də müzakirəyə çıxarılması diqqətmi çəkdi. “Mədəniyyət haqqında” qanun daha maraqlıdır. Nizami Cəfərov öz açıqlamasında bildirmişdi ki, bu qanuna əlavə və dəyişiklər edilmədi, ola bilsin ki, tamamailə dəyişilsin. Ümumiyyətlə qanunla bağlı maraqlı təkliflər var”.
Jurnalistin parlamentin payız sessiyasında müzakirəsini gözlədiyi başqa məsələ terror qurbanların statusunun müəyyənləşdirilməsi ilə bağlıdır.
“Yaz sessiyasında deputat Məlahət İbrahimqızı terror qurbanlarına status verilməsi ilə bağlı qanun layihəsinin hazırlanması təklifini irəli sürmüşdü. Bu təklif həqiqətən də maraqlı idi, çünki terror qurbanlarının heç bir statusu yoxdur.
Bundan əlavə, ictimai yerlərdə siqaret çəkilməsinə qarşı qanun layihəsinin də müzakirəsini görmək istərdim, amma bu məsələləri gündəlik işlər planında görmədim. Ancaq inanıram ki, bunların da müzakirəsi payız sessiyasın gündəliyinə əlavə olunacaq məsələlər içərisində olacaq”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Milli Məclisin payız sessiyasında ilk öncə amnistiya haqqında qanun layihəsinin müzakirə və qəbul olunmasını görmək istədiyini qeyd edib. O deyib ki, bununla bağlı təkcə onun yox, ictimaiyyətin gözləntiləri var.
“Amnistiya aktının qəbul olunması eyni zamanda müstəqilliyimizin bərpasının 20 illiyi üçün də böyük töhfə olardı. İkinci gözlədiyimiz məsələ isə gündəlik işlər planına salınıb. Belə ki, eks-prezidentlərin satusu haqqında qanun da uzun müddətdir qəbulunu gözlədiyimiz məsələdir. Düzdür, qanun layihəsində müəyyən narazılıq doğuran məsələlər var, amma onlar aradan qaldırılsa, bu çox yaxşı qanun olar”.
E.Paşasoy siyasi partiyalar və onların dövlət tərəfindən maliyyələşdirilməsi haqqında qanun layihəsinin də gözlənilən olduğunu deyib: “Bundan əlavə, payız sessiyasında nəhayət ki, 10 il keçəndən sonra ikinci Qarabağ dinləmələrinin keçirilməsinə ehtiyac var. Birinci belə dinləmə mərhum prezident Heydər Əliyev tərəfindən 20o1-ci ilin fevralında keçirilmişdi. Qarabağ danışıqlarının belə mərhələsində artıq cəmiyyət, hakimiyyət və müxalifətin ortaq mövqelərinin ortaya qoymasının vaxtı yetişib. Bunu da parlamentdə müzakirələrdən sonra ortaya qoymaq mümkündür.
Müzakirəsi və qəbulu gözlənilən qanunlardan başqa, sərbəst toplaşmaq azadlığına dair və mülkiyyət hüquqlarının qorunması barədə qanunlara əməl olunmasınının parlament tərəfindən ciddi məsələ kimi ortaya qoyulmasına ehtiyac var” deyə həmkarımız əlavə edib.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinın isə cavabı belə olub: “Milli Məclisin payız sessiyasında sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması, siyasi partiyalar haqqında, eks-prezidentlər barəsində, ən vacibi isə jurnalsitlərin sosial müdafiəsinə dair qanunların qəbul olunmasını istərdim. Jurnalistlərlə bağlı 11 qanun var, amma onların heç birində jurnalistlərin sosial hüququ müdafiə olunmur”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyevin isə parlamnetin payız sessiyasında ilk növbədə müzakirəsini gözlədiyi məsələ “Siyasi partiyalar haqqında” yeni qanunun muzakirəsidir. Bu qanunun uzun müddət gündəmdə olduğunu deyən jurnalist hesab edir ki, ölkədəki siyasi partiyaların yaşamasını, çoxpartiyalı sistemin qorunmasını istəyiriksə, bu qanun mütləq qəbul olunmalı və siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir.
“Bundan əlavə, “Ali təhsil haqqında” qanunun müzakirələrinin də mütləq başlanmasını arzulayardım. Bu qanun bir neçə sessiyadır ki, işlər planına daxil edilir, amma hansısa gözəgörünməz qüvvə onun müzakirələrinə mane olur. Bundan əlavə, Rəqabət Məcəlləsini də qeyd etmək istərdim. Bu məcəllə ölkədə inhisarçılığa qarşı mübarizədə yaxşı qanunverici baza rolunu oynaya bilər”.
Həmkarımız eyni zamanda bir parlament müxbiri və vətəndaş olaraq "Hərbi xidmətin əsasları haqqında" qanuna da əlavə və dəyişiklərin edilməsini Milli Məclis payız ssesiyasında gömək istəyir. O hesab edir ki, hazırki qanun günün tələblərinə cavab vermir.

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli də digər həmkarları kimi Milli Məclisin payız sessiyasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirə edilməsini görmək istəyir.
“Amma çox təəssüf ki, bu sənəd payız sessiyasının qanunvericlik işlər planına daxil edilməyib. Bildirilir ki, qanunun üzərində iş gedir. Ancaq bizdə olan məlumata görə, gecikməsinə səbəb hansı partiyaların maliyyələşməsi ilə bağlı mübahisələrin olmasıdır. Ümumiyyətlə, qanunun müzakirəsinin gecikməsini normal hal kimi qiymətləndirmirəm. Qanun layihəsi daha tez qəbul olunsaydı, yaxşı olardı. Amma görünür ki, qəbulu yenə də 2012-ci ilə qalacaq”.
A.Cəfərli uzun müddətdən bəri gözlədikləri digər məsələnin artıq parlemtin payız sedsiyasının qanunvericilik işlər planına salındığını bildirib.
“Eks-prezidentlərin statusu haqqında qanun layihəsinin parlamentin payız ssesiyasında müzakirəyə çıxarılmasını müsbət hal kimi qiymətləndirirəm”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov isə ilk növbədə yaz sessiyasından bəri səslənən həkimlərin və müəllimlərin statusu ilə bağlı məsələnin gündəmə çıxarılıb təsdiq edilməsini görmək istəyır.
“Bundan əlavə, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı ölkə başçısının göstərişi oldu. Söz-söhbətlər gəzirdi ki, Milli Məclisdə sənədsiz evlərin qeydiyyata alınması mexanizmi işlənib hazırlanacaq. Payız sessisyanda sənədsiz evlərin qeydiyyat mexanizminin işlənib hazırlanmasının reallığa çevrilməsini görmək istərdim. Bundan əlavə, tütün itehsalının məhdudlşadırılması ilə bağlı qanun layihəsinin təsdiqlənməsi çox yaxşı olardı. Çünki tütün bizim genefondumuza zərbədir”.
M.Aslanov həmçinin hesab edir ki, təhsil kreditləri ilə bağlı məsələ-ödənişli təhsil alan tələbələrə kreditlərin ayırılması məsələsi çox gözəl düşünülmüş fikirdir.
“Daha bir məsələnin, gənclərin sosial vəziyyətinin yaxşılaşdırıması ilə məsələnin də gündəmə çıxarılmasını payız sessiyasında görmək istədim”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev də digər həmkarları kimi parlamentin payız sessiyasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını arzulayır. Bundan əlavə, o sovet banklarında qalan əmanətlərin xalqa qaytarılması ilə bağlı məsələnin müzakirəyə çıxarılmasını vacib hesab edir.
“Bu barədə deputatlar Əli Məsimli və Vahid Əhmədov qanun layihəsi hazırlayıblar. İstərdim ki, o qanun layihəsi müzakirəyə çıxarılsın və bu məsələyə birdəfəlik nöqtə qoyulsun. Jurnalistlər dördüncü hakimiyyət sayılır, amma ən aşağı sosial vəziyyətdə yaşayan təbəqə elə onlardır.  Mətbuat Şurasının sədri Əflatun Amaşov belə təklif irəli sürdü ki, peşə fəaliyyəti zamanı vəfat edən jurnalistlərin ailələrinə yardım edilməsi ilə bağlı qanun layihəsi hazırlansın. İstərdik ki, Mətbuat Şurası belə qanun layihəsi hazırlayıb parlamentə versin və müzakirəyə çıxarılsın. Bundan əlavə, payız sessiyasında sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qanun layihəsinin və ya sənədin hazırlanıb qəbul olunmasını görmək istərdik”.

Milli Məclisin payız ssesiyasının yeni işə başladığını deyən “Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu bildirib ki, dünyada olduğu kimi, bizdə də bu sessiyada keçiriləcək iclasların 60 faizi büdcə məsələləri ilə bağlı müzakirələrə həsr olunacaq. K.Həmzəoğlunun payız sessiyasında müzakirəsini görmək istədiyi məsələlərdən biri “Siyasi partiyalar haqqında” qanun layihəsidir. O qeyd edir ki, bu, uzun müddətdən bəri cəmiyyətin, elə cə də siyasi kəsimin gözlədiyi bir qanun layihəsidir.
“Bununla bağlı birmənalı olmayan fikirlər var. Rəy öyrənilməsi üçün bu qanun layihəsinin Venesiya komissiyasına göndərildiyi bildirilir. Amma ilkin fərziyyələr heç də müsbət olmayan mənzərinin yaranmasını göstərir. Qeyd edim ki, bu qanun layihəsinin qəbulu ölkədə plüralizmi, demokratiyanı və çoxpartiyalı sistemin qalmasını əks etdirəcək. Amma bu qanun layihəsinin qəbuluna dair demokratik təklifim də var. Bu, siyasi partyiların qeydiyyatı zamanı göstərilən say məsələsinə aiddir. Siyasi partiyanın yaranması üçün 1000 nəfərin imzası tələb olunur, bu rəqəm  2500-ə qaldırılsa, yaxşı olar. Yəni partiyaların qeyddiyyat məsələsi ciddiləşdirilsin”.
Kamil Həmzəoğlu uzun müddətdən bəri gözlədiyi eks-prezidnetlərin statusu haqqında qanun layihəsinin artıq sessiyanın gündəliyinə salındığını bildirib.
“Büdcə məsələlərinin müzakirə olunduğu bu sessiyada istərdik ki, sosial problemlərin həllinə yönəlik məsələlər də müzakirəyə çıxarılsın. Gənc ailələrin sosial  müdafiəsi, sosial ipoteka ilə bağlı müzakirələr aparılsın. Bununla bağlı komissiyalarda qanun layihəsi hazırlanıb, plenar iclasın müzakirələrinə çıxarılsın və qəbul olunsun.  Bundan əlavə, sessiya dövründə istərdim ki, Qarabağ məsələsinə çox böyük diqqət ayrılsın. Bu yöndə qapalı və ya açıq şəkildə müzakirələr aparılsın. Çünki son vaxtlar bu sahədə baş verən proseslər cəmiyyətin müzakirəsindədir və narahatçılıqlar var”.
Həmkarımız güc orqanları, o cümlədən Müdafiə Nazirliyində baş verən hadisələrlə bağlı da parlamentin payız ssesiyasında müzakirələrin aparılmasını vacib hesab edir.
“Bu məsələ də cəmiyyətin diqqətindədir. Hər iki tərəf öz arqumentlərini səsləndirsin və bilirilsin ki, mətbuatda yazılanlar doğrudur, yoxsa cəfəngiyyat”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov Milli Məclisin payız sessiyasında hərbi qulluqçularla bağlı, magistraturada oxuyan tələbələrin hərbi xidmətdən möhlət hüququ ilə bağlı, əhalinin sosial inkişafı, sovet dövründən qalmış əmanətlərin qaytarılması, sosial inkişafla bağlı layihələrin həyata keçirilməsinə xidmət edən qanunların müzakirəsini vacib sayıb. Onun sözlərinə görə belə qanunlar sessiyanın qanunvericilik işlər planına salınsaydı, yaxşı olardı.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin Milli Məclisin payız sessiyasında müzakirəsini istədiyi məsələlər bunlardır: “Azərbaycanın sosial-iqtisadi vəziyyətinə dair xüsusi iclasın keçirilməsi, ölkədə demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı xüsusi iclasın keçirilməsi, Qarabağla bağlı xüsusi müzakirələrin keçirilməsi, eks-prezidentlərin statusu ilə bağlı qanunun qəbulu, Rəqabət Məccələsinin qəbulu, demokratik islahalatlarla bağlı paket qanunların qəbul olması.
Bundan əlavə, o, demokratik seçkilərin keçirilməsi ilə bağlı paket qanunların qəbul olunmasını və həmin qanunlara görə azad seçkilərin keçirilməsinə dair məsələlərin müzakirəyə çıxarılmasını istəyir.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı hesab edir ki, Milli Məclisdə müzakirəyə çıxarılan məsələlərin hamısı aktualdır. Onun sözlərinə görə, qanunverci orqan olan parlament indiyədək müstəqil Azərbaycanın inkişafı ilə bağlı, Avropaya inteqrasiya üçün beynəlxalq standartlara uyğun qanunlar qəbul etməkdədir.
“Vaxtaşırı, zəruri hallarda günün tələbinə uyğun şəkildə müvafiq qanunlara da dəyişikliklər edilir. Ancaq payız sessiyasında “Ali təhsil haqqında”, “Elm siyasəti haqqında” qanunların da qəbul olunmasını istərdim. Rəqabət Məcəlləsi çox vacib sənəddir. Onun axırıncı oxunaşda da qəbul olunmasını və tətbiq olunmasını istərdim. Xüsusi olaraq onu vurğulamaq istərdim ki, əhalinin Sovet dövründən qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsinin qəbul olunması çox yaxşı olardı. Bu barədə parlamentdə işçi qrupu da yaradılıb. Fikrimcə, Azərbaycan höküməti əhalinin sosial müdafəsinin gücləndirilməsi istiqmətində çox ciddi addımlar atıb, ciddi proqmlar qəbul olunub, tədbirlər həyata keçirilib. Hesab edirəm ki, bu məsələ də əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün çox ciddi addım olacaq. Azərbaycan dövləti bunu tam təmin etmək iqtidarındadır. Sadəcə əmanətlərin qaytarılması işini sürətləndirmək yaxşı olardı və cəmiyyət də bunu alqışlayacaq”- deyə həmkarımız əlavə edib.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyevin isə Milli Məclisin payız sessiyasında müzakirəsini istədiyi məsələlər bunlardır: sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələ, batmış əmanətlərin qaytarılmasına dair sənəd, həmçinin “Azərbaycan gəncliyi 2012-15-ci illərdə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan gənclər üçün ipoteka şərtlərinin sadələşdirilməsi barədə qanun layihəsinin hazırlanması.
“Bu məsələlərinin  müzakirəsini görmək istərdim. Bir sözlə, sosial yönümlü qanun layihələrinin daha çox yer tutmasını arzulayıram”.

APA-nın əməkdaşı Rəşad Süleymanov “bu sessiyada müdafiə və təhlükəsizliklə bağlı əsas qanunlara dəyişiklik edilməsini və yeni qanunların qəbul olunmasını, o cümlədən eks-prezidentlərin statusuna dair  və “Siyasi partiyalar haqqında” qanunların qəbul olunmasını istərdim. Amma elədir ki, biz jurnalistlərin nə istəməyimizdən asılı olmayaraq, Milli Məclis öz istədiyi məsələləri gündəliyə salır” deyə vurğulayıb.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı