Modern.az

Prezidentin bacısı Sevil Əliyevanın 56 yaşı tamam olub (FOTOLAR)

Prezidentin bacısı Sevil Əliyevanın 56 yaşı tamam olub (FOTOLAR)

Reportaj

12 Oktyabr 2011, 10:28

Bu gün Azərbaycan Prespublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Modern.az saytının məlumatına görə, Sevil Əliyevanln 56 yaşı tamam olur.

Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Bir qızı, iki oğlu var.

Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsrt etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Azərbaycan və Türkiyə mediası zaman-zaman S.Əliyevanın Londondan Bakıya qayıdaraq siyasətə qoşulacağı, YAP-dan uzaqlaşdırılan sabiqlərdən ibarət müxalifət partiyası yaradaraq ona rəhbərlik edəcəyi barədə məlumatlar yaysa da, bu, baş verməyib.
Sevil Əliyevanın özü də bir dəfə mətbuata açıqlamasında belə xəbərlərə nöqtə qoyub: “Mən siyasətlə məşğul olmağı düşünmürəm”.
Həmin açıqlamasında o hər hansı partiyaya rəhbərlik edəcəyi barədə məlumatları da təkzib edərək bildirib: "Burada, Londonda mənim ailəm var, mənim məşğuliyyətim var. Bunları dəyişmək fikrində deyiləm, xüsusilə də siyasətə. Mən valideynlərimin xatirəsini əziz tuturam. Azərbaycan prezidenti olan qardaşım, onun ölkə və Azərbaycan xalqının rifahı üçün atamın siyasətini davam etdirməsi ilə fəxr edirəm".







Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı