Modern.az

“ARB 24”ün rəhbəri və oğlu İŞDƏN ÇIXARILDI - Telekanalın yayımı dayandı 

“ARB 24”ün rəhbəri və oğlu İŞDƏN ÇIXARILDI - Telekanalın yayımı dayandı 

24 Sentyabr 2018, 15:22
Azərbaycanda televiziya rəhbəri və onun oğlu işdən çıxarılıb.
 
Modern.az Unikal.org-a istinadən məlumat verir ki, "ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev tutduğu vəzifədən azad ediliblər.
 
Onların hansı səbəbə görə işdən çıxarılması hələ ki açıqlanmır.
 
Eyni zamanda oda bildirilir ki, bu gündən "ARB24" televiziya kanalının yayımı dayandırılıb. 
 
ARB:24-ün yayımının dayandırılmasına səbəb, oktyabrın 1-dən ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərməsi olacaq.
 
Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümümrespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi