Modern.az

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO    

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO     

25 Sentyabr 2018, 00:20

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil. 

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınıblar.

İqtisadçı Rövşən Ağayev - 2003-cü ildən etibarən ictimai maliyyə, yerli özünüidarə, resurs gəlirlərindən səmərəli istifadə sahəsində müxtəlif tədqiqatların aparılmasında ekspert kimi iştirak edir.

Kənd inkişafında bələdiyyələrin rolu, paytaxt idaretmə modelinin müəyyən edilməsi, Azərbaycan iqtisadiyyatının şaxələnmə problemlərinin öyrənilməsi, regionların sosial-iqtisadi inkifaında fərqlərin qiymətləndirilməsi kimi müxtəlif nəşrlərə və araşdırmalara müəlliflik edib.

Müntəzəm olaraq ölkə iqtisadiyyatının ən müxtəlif problemləri ilə bağlı müəllif yazıları və analizlərlə çıxışlar edir.

Azərbaycan Dövlət İqtisad Universitetini və bu Universitetin aspiranturasını bitirib.
Bu gün iqtisadçı ekspert qismində çıxış edən Rövşən Ağayev 2000-2003-cü illərdə həftəlik “Avropa” qəzetində jurnalist kimi də fəaliyyət göstərib.

Rövşən Ağayevin də oxşarını da şübhəsiz ki, tanıyanlar çoxdur. Söhbət tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədovdan gedir.

Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində anadan olub. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olub.

1983-1985-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub, əsgərlikdən qayıtdıqdan sonra təhsilini davam etdirib.

1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin Tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilib..

1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1993-1996-cı illərdə əyani aspiranturada təhsil alıb.

Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1995-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır, 1996-cı ildən “ Arxeologiya və Etnoqrafiya" kafedrasının müəllimidir. 2004-cü ildən kafedranın  dosenti vəzifəsinə seçilib.

Rövşən Ağayevlə Kərəm Məmmədovun üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..




A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?