Modern.az

Bakıda sərgiyə itlər çıxarılacaq

Bakıda sərgiyə itlər çıxarılacaq

İqtisadiyyat

12 Oktyabr 2011, 18:39

Oktyabrın 15-16-da Bakıda “Xəzər 2011” Beynəlxalq Kinoloqiya Sərgisi keçiriləcək. Bu barədə Modern.az-a sərginin təşkilatçıları məlumat veriblər. Sərgidə müxtəlif cinslərdən olan 130-dək it iştitak edəcək.

Qeyri-adi sərgi Nobel prospektində yerləşən Nizami adına parkda (Lunapark) təşkil olunacaq. Sərgiyə çıxarılacaq bütün cinslərdən olan itləri Serbiya və Xorvatiyadan olan münsiflər – Duşan Paunoviç və İqor Selimoviç qiymətləndirəcəklər.

Sərgi saat 11.00-dan 17.00-dək keçiriləcək.

Qalib itlərə müxtəlif titullar veriləcək. Yekunda 2011-ci ilin payızının ən yaxşı iti seçiləcək.
Sərginin təşkilatçısı Azərbaycan Kinoloqlar İctimai Birliyidir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub