Modern.az

Azərbaycan məktəblərində rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI 

Azərbaycan məktəblərində rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI 

27 Sentyabr 2018, 12:52

Azərbaycanda rusdilli təhsilə dövlət səviyyəsində diqqət yetirilir.

 

Modern.az-ın məlumatına görə, bunu IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

 

O bildirib: "Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Universitetlərdə isə 20 min tələbə təhsilini rusca alır".

 

Nazir müavini bildirib ki, Rusiyanın təhsil müəssələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur:

 

“Moskva Dövlət Lingvistik Universitetində 2005-ci ildən Azərbaycan dilli mərkəz fəaliyyət göstərir. Ali məktəblər arasında əməkdaşlıq çox yüksək səviyyədədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir