Modern.az

«RUH» jurnalistlər arasında diffamasiya ilə bağlı sorğu keçirir

«RUH» jurnalistlər arasında diffamasiya ilə bağlı sorğu keçirir

7 Dekabr 2009, 16:44

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Diffamasiya haqqında qanunun qəbulunda ictimai təşəbbüslərin rolu» layihəsi çərçivəsində KİV redaksiyaları və jurnalistlər arasında sorğulara başlayıb. Komitədən Modern.az-a bildirilib ki, bunun üçün sorğu anketi tərtib olunub və ölkənin aparıcı KİV-lərinin redaksiyalarına  göndərilib.

 

Anketdə rəyi soruşulanlara mövzu ilə bağlı ümumilikdə 8 sual ünvanlanıb. Suallarun qoyuluşunda diffamasiya haqqında qanunun qəbulunun ölkədə söz və mətbuat azadlığı prinsiplərinə, jurnalistlərin yaradıcılıq imkanlarına təsirinə, həmçinin məsələ ilə bağlı digər nəzərəçarpan cəhətlərə də diqqət yetirilib.

 

Dekabrın 12-dək davam edəcək sorğunun nəticələri ayın sonunda «Diffamasiya: cəmiyyət ona hazırdırmı?» mövzusunda keçiriləcək dəyirmi masada müzakirə olunacaq. Tədbirdə həmçinin «RUH» AJMK-nın mövcud layihə çərçivəsində dövlət qurumları, idarə, müəssisə və təşkilatların təmsilçiləri arasında bu ilin noyabrında apardığı analoji sorğunun nəticələri də diskussiya predmentinə çevriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?