Modern.az

Milli Teleradio Şurasının bir telekanalın lisenziya müddətini 6 il uzatdı

Milli Teleradio Şurasının bir telekanalın lisenziya müddətini 6 il uzatdı

Mədəni̇yyət

14 Oktyabr 2011, 16:39

Oktyabrın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda “Qütb Teleradio Şirkəti”nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini, Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.9-cu bəndini rəhbər tutaraq “Qütb Teleradio Şirkəti”nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul efib.
Bu barədə Modern.az-a MTRŞ-dan mçəlumat verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir