Modern.az

Bakıda xarici ölkələrin uşaq ədəbiyyatı nümayiş etdiriləcək

Bakıda xarici ölkələrin uşaq ədəbiyyatı nümayiş etdiriləcək

7 Dekabr 2009, 17:53

F.Köçərli adına Respublika Uşaq Kitabxanası dekabrın 9-da  “Uşaq ili” ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisi keçirəcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektoru, uşaq yazıçı və şairləri, Azərbaycanda olan xarici səfirliklərinin nümayəndələri, KİV nümayəndələri, nəşriyyatların redaktorları, kitabxananın işçiləri və məktəblilər iştirak edəcəklər. Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə göstərilməsi və ona maraq yaratmaqdan ibarətdir. Tədbirdən sonra kitabxanaya hədiyyə ediləcək kitablar kitabxananın nadir nüsxələr fondunda saxlanılacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcək. ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan,  Türkmənistan, Rumıniya, Latviya, Litva, Hindistan, Ərəbistan, Misir, İtaliya və digər ölkələrin səfirlikləri öz uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların böyük marağına səbəb olacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir