Lalə Gülbaba qızı Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. «Qadın və tərəqqi» ictimai birliyinin sədridir. Həsən bəy Zərdabi mükafatı laureatı, 4 ensiklopedik toplunun və 1 bədii kitabın müəllifidir. 12 mahnı bəstələyib. Rus dilini bilir. 1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləyib. 1977-ci ildən «Vışka» qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən «Vaş dom» jurnalının redaktoru vəzifələrində çalışıb. 2000–2005-ci illərdə «Mir jenşin» qəzetinin baş redaktoru olub. Hazırda həmin nəşrin təsisçisidir. Bitərəfdir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Albaniya, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İspaniya, Azərbaycan-İsrail, Azərbaycan-Özbəkistan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrəişçi qruplarının üzvüdür. 3 övladı var.
|   
  | 
|           Bu məndə olan ilk şəklimdi. 2 yaşım olar, Xaçmazda çəkilib. 1957-ci il.  | 
|   
  | 
|   
 Burda 3 yaşım var. 1958-ci il.  | 
|   
  | 
|   
 Bu şəkildə 7 yaşım var. 1962-ci il.  | 
|   
  | 
|   
 Ön sırada soldan ikinci mənəm. 1963-cü il.  | 
|   
  | 
|   
 Sankt-Peterburqda əmimgildəyik. 1965-ci il.  | 
|   
  | 
|   Xaçmazın 7 illik musiqi məktəbi. Ön sırada sağdan dördüncü mənəm. 1965-ci il.  | 
|   
  | 
|   
 Bu şəkil isə Moskvada çəkilib. 1965-ci il.  | 
|   
  | 
|   
 Artıq 12 yaşım var. 1967-ci il.  | 
|   
  | 
|   
 Arada məktəbdən vaxt olan kimi Moskvaya-qardaşımın yanına gedirdim. 1971-ci il..  | 
|   
  | 
|   
 Nalçikdəyəm. Məndən sağda anam, ondan sağda isə anamın rəfiqəsinin qızıdır. 1971-ci il.  | 
|   
  | 
|   
 Bakı. 1974-cü il.  | 
|   
  | 
|   
 Moskvada sənədlirimi ali məktəbə vermişəm 1974-cü il.  | 
|   
  | 
|   
 Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıram. 1976-cı il.  | 
|   
 
  | 
|   
  | 
|   
 1982-ci il.  | 
|   
  | 
|   Oğlum Ziya ilə. 1984-cü il.  | 
|   
  | 
|   Helsinki... Prezident sarayının önü. 1985-ci il.  | 
|   
  | 
|   
 
  | 
|   
  | 
|   
 “Vışka” qəzetində çalışarkən. Düz 21 il burada işləmişəm, burada korrektorluqdan tutmuş redaktor müavininə qədər yol keçmişəm. 1995-ci il.  | 
|   
  | 
|   
 Artıq “Mir jenşina” qəzetini təsis etmişəm. Fəaliyyətə başlayandan 1 il sonra "Zərdabi" mükafatı aldıq. 2001-ci il.  | 
|   
  | 
|   
 Qardaşım Rafiqlə. 2001-ci il.  | 
|   
  | 
|   
 2001-ci ildə Türkiyə səfirliyində...  | 
|   
  | 
|   
 “Azərbaycan qadınlarının ensklopediyası” kitabının təqdimatında. 2002-ci il.  | 
|   
  | 
|   
  | 
|   
  | 
|   Seçkiöncəsi təblığatım zamanı...2005-ci il.  | 
|   
  | 
|   
  | 
|   
 Kiprdə səfərdə  | 
|   
  | 
|   
 Xaçmazda torpaq üstündə dava düşüb. Adamları sakitləşdirmək üçün hər biri ilə ayrica görüş keçirirəm.  | 
|   
  | 
|   Xacmazda məsciddəyik.  | 
|   
  | 
|   Qızımla İngiltərədəyik.  | 
|   
  | 
|   Deputat həmkarlarımla sərhəd bölgəsinə getmişik.  | 
|   
  | 
|   2006-cı il.  | 
|   
  | 
|   
 Xanım deputatlarla Miılli Məclisdə mərhum prezidentimizin abidəsi önündə...  | 
|   
  | 
|   Qərb Universitetində dərs deyirəm. Tələbələrimi Xaçmaza aparmışam.  | 
|   
  | 
|   Xaçmazda Zərifə xanım Əliyevanın abıdəsi önündə.  | 
|   
  | 
|   Ən yaxın dostlarımdan olan Elmira Axundova ilə...  | 
|   
  | 
|   Uşaq evinə yardım aparmışıq  | 
|   
  | 
|   Zərifə xanım Salahova və görkəmli rəssam Tahir Salahovla birgə...  | 
|   
  | 
|   Türkiyənin ölkəmizdəki səfiri və onun xanımı ilə Nabranda...  | 
|   
  | 
|   2008-ci il...  |