Modern.az

Fransa Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib - FOTO

Fransa Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib - FOTO

2 Oktyabr 2018, 18:10
Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin Parisdə növbəti toplantısı keçirilib.
 
Modern.az xəbər verir  ki, toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev iştirak ediblər.
 
Toplantıda diaspor fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Diaspor fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib və bu təkliflər iştirakçılar tərəfindən nəzərdən keçirilib.
 
Fransada yaşayan soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb və bu məqsədlə Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb.
 
Nantda fəaliyyət göstərən Fransada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər