Modern.az

Həbib Konoru boğdu - Kütləvi dava düşdü, çempion kəməri verilmədi - VİDEO

Həbib Konoru boğdu - Kütləvi dava düşdü, çempion kəməri verilmədi - VİDEO

7 Oktyabr 2018, 09:23

Mütləq Döyüş Çempionatının (UFC) Las-Veqasda keçirilən 229-cu turnirində tanınmış döyüşçülər Həbib Nurməhəmmədov və Konor Makreqor üz-üzə gəlib.

Modern.az saytının məlumatına görə, döyüş ümumilikdə Rusiyanı təmsil edən idmançı Həbib Nurməhəmmədovun üstünlüyü şəraitində keçib.

O, dördüncü raundda irlandiyalı rəqibi Konor Makreqoru boğucu fəndə salaraq məğlub edib.

Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra Həbib Nurməhəmmədovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən aralamaq mümkün olub.

Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir