Modern.az

Azərbaycan millət vəkilləri Londonda keçirilən tədbirlərdə iştirak edirlər

Azərbaycan millət vəkilləri Londonda keçirilən tədbirlərdə iştirak edirlər

Parlament

8 Dekabr 2009, 15:12

 

Londonda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü keçirilib. Bu barədə Modern.az-a həmin görüşdə iştirak edən Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev məlumat verib. Ç.Əsədullayevlə birlikdə həmin görüşdə işçi qrupun digər üzvü Fuad Muradov da iştirak edib. Çingiz Əsədullayev saytımıza bildirib ki, toplantıda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələrinə dair məsəklələr müzakirə olunub: “Görüşdən əsas məqsəd Avropa qanunvericilik təcrübəsinin öyrənilməsi, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələrin gücləndirilməsi, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaq idi”. Qeyd edək ki, Azərbaycanən millət vəkilləri dekabrın 8-də Adam Smit İnstitutunun təşkilatçılığı ilə Londonda ilk dəfə keçirilən I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin işinə də qatılıblar. Çingiz Əsədullayev bildirib ki, Adam Smit İnstitutunun keçirdiyi bütün investisiya sammitləri kimi bu konfransın da əsas məqsədi formalaşan iqtisadiyyata, geniş iqtisadi və investisiya potensialına malik olan ölkələrdən biri olan Azərbaycan ilə beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsidir.

Üçgünlük konfrans kimi planlaşdırılan sammit plenar iclaslar, paralel tematik sessiyalar, həmçinin investorlarla görüş və diskussiyalardan ibarətdir. Sammitin proqramı tanınmış ekspertlər və peşəkarların 50-dən artıq çıxışı nəzərdə tutur. Məruzəçilər ölkədəki uğurlu fəaliyyət təcrübəsi barədə danışacaqlar və ölkə iqtisadiyyatının bu günə olan ən vacib məsələlərini müzakirə edəcəklər. Sammitin gedişi zamanı digər məsələlərlə yanaşı Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı sessiya keçirilməsi də planlaşdırılıb. Həmin sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi kimi sahələrlə yanaşı nəqliyyat infrastrukturunun potensialına da nəzər salınacaq. Müzakirələrdə nəqliyyat nazirinin müavini Musa Pənahov,

iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin icraçı direktoru Toğrul Köçərli, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Adil Məmmədovun Azərbaycanın biznes imkanlarına dair təqdimatlarla çıxışları gözlənilir.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür