Modern.az

Yazıçılar Birliyində yeni qurum yaradıldı - TƏYİNAT

Yazıçılar Birliyində yeni qurum yaradıldı - TƏYİNAT

Ədəbi̇yyat

12 Oktyabr 2018, 17:05

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Səhnə" yaradıcılıq qurumu fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə AYB-nin katibi Rəşad Məcid bildirib.

 

O deyib ki, Birliyin Gənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə yaradılan qurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasını təmin etməkdir.

 

R.Məcid qeyd edib ki, yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulur: "Səhnə" yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya marağı olan şəxslər, o cümlədən ssenarist və rejissorlar iştirak edə bilərlər. Qurum gələcəkdə öz “praktik-vizual” tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir".

 

Dramaturq Firuz Mustafa yaradıcılıq qurumunun rəhbəri təyin edilib. Məsul katib vəzifəsi isə rejissor Nicat Qəribə həvalə olunub.

 

Qurumun ilk tədbiri oktyabrın 29-u saat 12-də AYB-nin Natəvan klubunda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür