Modern.az

Azərbaycan diasporunun sədri vəfat etdi

Azərbaycan diasporunun sədri vəfat etdi

14 Oktyabr 2018, 23:25

Qazaxıstandakı Azərbaycan diasporuna ağır itki üz verib. Modern.az xəbər verir ki, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahov dünyasını dəyişib.

Bu barədə məlumatı Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə bildirib.

Qeyd edək ki, Vidadi Salahoiv dasporun yükünü çiyinlərində daşıyan insanlardan idi. O, qələmi və bütün varlığı ilə Qarabağın təbliğatını aparırdı. Hər zaman harada çıxış edirdisə, öncə Qarabağ mövzusundan başlayırdı.

Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1978-1983-cu illərdə Voronej Dovlət Universitetində təhsil alıb. Tarix üzrə fəlsəfə doktorudur.1983-1987-ci illərdə Astanada 23 saylı orta məktəbin tarix muəllimi kimi fəaliyyət göstərib.

1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun “Priziv”, 1997-2004-cu illərdə Astana şəhərində fəaliyyət gostərən “Azamat”, “Times” kimi mətbu orqanlarda müxbir kimi çalışıb.

2004-cu ildən “Turan-exspress” qəzetinin baş redaktoru idi. Qazaxıstanda Azərbaycan diasporunun formalaşmasında xüsusi rolu olub. 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub. Qazaxıstan tərəfindən də bir neçə mükafatlara layiq görülüb.
Tarix elmləri doktoru, professor Vidadi Salahov 2016-cı ildə Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki dərəcəsinə layiq görülüb. Ailəli idi.

Allah rəhmət eləsin!


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu