Modern.az

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Abşeronda qanunsuz faktlar aşkarlayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Abşeronda qanunsuz faktlar aşkarlayıb

8 Dekabr 2009, 18:03

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Abşeron rayonu ərazisində şəhərsalma fəaliyyətinin vəziyyətini müzakirə edib. Komitədən Modern.az-a bildirilib ki,  "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq Abşeron rayonunda araşdırma aparılıb və nəticədə xeyli nöqsanlar aşkarlanıb.

 

Araşdırmalar nəticəsində müəyyən ediliub ki, Abşeron rayonunun ərazisi 196606 hektardır, bundan 160559 hektar dövlət fondu, 26805 ha bələdiyyə fondu, 9242 hektar isə şəxsi mülkiyyətdədir. Abşeron ərazisində ümumi sayı 15 olmaqla 1 şəhər, 8 qəsəbə, 6 kənd bələdiyyəsi fəaliyyət göstərir. Araşdırma zamanı 31 çoxmərtəbəli yaşayış binasına, 1 ədəd iaşə, 1 ədəd yanacaqdoldurma obyektinə, kottec tipli və fərdi yaşayış evlərindən ibarət 2 ədəd kompleksə, 15 ədəd inzibati ərazi vahidinə yerində baxış keçirilib, təqdim olunmuş sənədlər norma və qaydaların tələblərinə uyğunluq baxımından yoxlanılıb. Yoxlama nəticəsində xeyli nöqsan aşkarlanıb və bu barədə akt tərtib edilib.

Dövlət Komitəsindən bildirilib ki, Abşeron ərazisinsə tikinti məqsədilə torpaq sahələrinin ayrılması zamanı şəhərsalma sənədləri ilə əsaslandırılmadan rayon icra hakimiyyəti tərəfindən həmin sahələrdə layihələndirmə və tikinti işlərinə icazə verməsi barədə sərəncamların imzalanması aşkarlanan nöqsanlardan biridir. Bundan başqa, araşdırılma aparılmış əksər obyektlərin inşaat pasportlarının tam tərkibdə tərtib edilmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqların tikinti məqsədilə ayrılması zamanı bir neçə obyekt üzrə Torpaq Məcəlləsinin 9-cu maddəsinin tələblərinə əməl olunmadığı da müəyyənləşib. O da məlum olub ki, əksər obyekt üzrə torpaq ayrılması barədə sənədlər (ayrıc aktı) və ayrılmış sahəyə olan sanitar, ekoloji, yanğın və radiasiya təhlükəsizliyi tələblərinə dair rəylər olmadan layihə sənədlərinin memarlıq xidməti tərəfindən razılaşdırılıb. Eyni zamanda rayonun 15 ərazi inzibati vahidinin (1 şəhər, 8 qəsəbə və 6 kənd) hamısında fərdi evlərdən ibarət yeni yaşayış massivləri salındığı, lakin, bu massivlər üçün kənd yaşayış məskənlərinin Baş planları, müfəssəl planlaşdırma layihələri və ərazilərin tikinti-planlaşdırma layihələri hazırlanmayıb, mühəndis-kommunikasiya, yol nəqliyyat infarstrukturu işlənilməyib. Buna baxmayaraq ayrı–ayrı fərdi evlərin layihələndirilməsinə və tikintisinə sərəncam və “icazə” sənədləri verilib. Göstərilən çatışmamazlıq və nöqsanlar Abşeron rayon İcra Hakimiyyətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə ətraflı şəkildə müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Həmin qərarla Abşeron rayon İcra Hakimiyyətinin başçısına tövsiyyə edilib ki, şəhərsalma əsaslandırılmasının, eskiz layihəsinin müvafiq razılaşdırılması və  torpaqayırma aktı olmadan tikinti üçün sərəncam verilməsi hallarına yol verilməsin. Rayon planlaşdırma layihəsinin, həmçinin Xırdalan şəhərinin, kənd və qəsəbələrinin baş planlarının, şəhərsalma kadastrının hazırlanması üçün rayonun baş memarına müvafiq köməklik göstərilməsi, bütün obyektlər üzrə sənədlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydaya salınana qədər tikinti işlərinin dayandırılması da tövsiyyə olunub. İcra başçısına tövsiyyə olunub ki, rayonun inzibati ərazisinin – kənd, qəsəbə və yeni yaşayış massivlərinin baş planları işlənilərək razılaşdırılmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunsun, təsdiq edilmiş baş plandan kənara çıxmaqla tikinti altına torpaq sahəsinin ayrılmasına yol verilməsin.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tələb edib ki, qurumun yoxlama aktında qeyd olunan obyektlərin tikintisi üçün ayrılmış kənd təsərrüfatı təyinatlı torpaqlar Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməlidir. Komitənin qəbul etdiyi qərara əsasən, Abşeron rayon İcra Hakimiyyətinin memarlıq – tikinti xidmətinin fəaliyyəti qeyri qənaətbəxş hesab edilib. Sənəddə bildirilib ki, qeyd olunan pozuntu hallarının təkrarlanması baş verərsə, rayonun baş memarı A.Əliyevin tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılmalıdır. Komitənin Şəhərsalma-arxitektura nəzarəti şöbəsi şəhərsalma qanunvericiliyinə, norma və qaydalarına əməl olunmasına nəzarət fəaliyyətini daha da yaxşılaşdırsın və aşkarlanmış pozuntuların aradan qaldırılmasına nəzarəti həyata keçirəcək. DŞAK-ın Şəhəhrsalma-arxitektura nəzarəti, Şəhərsalma, Şəhərsalma sənədlərinin və memarlıq-planlaşdırma həllərinin razılaşdırılması və Şəhərsalma kadastrı şöbələri səlahiyyətləri daxilində, şəhərsalma sahəsində Abşeron rayonunun baş memarına müvafiq köməklik göstərməlidir. “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna və Bakı Dövlət Layihə İhstitutuna tapşırılıb ki, Abşeron Rayon İcra Hakimiyyətinin sifarişləri əsasında rayonun planlaşdırma layihələrinin yerinə yetirilməsini təmin etsinlər. 

Adəm QORXMAZ

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?