Modern.az

Ərəb vəhşiliyi, Qəddafinin son sözü və diktator necə ölüb... (VİDEO)

Ərəb vəhşiliyi, Qəddafinin son sözü və diktator necə ölüb... (VİDEO)

Reportaj

21 Oktyabr 2011, 15:38

Liviyanın devrilmiş diktatoru Müəmmər Qəddafinin necə ələ keçirildiyi və kim tərəfindən vurularaq öldürüldüyünə dair yeni məlumatlar yayılıb. İddialar arasında Qəddafini  vuranların öz qorumaları olduğu da var.
Amerikan CBS televiziyasının Liviyadakı müxbiri David Martinin bildirib ki, Qəddafinin tutulması belə baş verib:

Fransız döyüş təyyarələri və bir ABŞ pilotsuz təyyarəsi cümə axşamı səhər saatlarında diktatorun doğulduğu Siirt şəhərini tərk etməyə çalışan maşın karvanına hücum edib.

Karvan kiçik qruplara ayrılaraq hava hücumlarından xilas olmağa çalışıb, amma ən az 15 avtomobil vurulub, içindəkilər ölüb.

Qəddafinin içində olduğu maşın da zədələnib, amma tamamilə sıradan çıxmayıb.

Qəddafi və cangüdənləri avtomobili tərk edərək yol altından keçən drenaj borularının içinə saxanıbla. Qısa müddətdən sonra müxalifət qüvvələri ora hücum təşkil ediblər.

Burada müxaliflərlə Qəddafi cangüdənləri arasında silahlı qarşıdurma olub və qorumalar öldürülüb.

Şahidlərdən birinin ifadəsinə görə, qorumalardan biri ölmədən əvvəl canlı ələ keçməməsi üçün Qəddafini də vurub. Ancaq diktator yenə ölməyib, ağır yaralanıb.

Son anına qədər dəbdəbəli bir həyat sürən Qəddafi tutulduğunda da üzərində qızıl bir tapança varmış. O, ələ keçirilidikden sonra müxaliflər tərəfindən bir müddət təpiklənib, itələnilib, ayaq üstə qaldırlıb və süründürülüb. Ancaq ölümünün qorumasının silahından çıxan güllələrdənmi, yoxsa daha sonra aldığı bir yaradanmı qaynaqlandığı bilinmir.

Qəddafinin özünü sürüyən müxaliflərə söylədiyi son sözlər isə bu olub: "Bu etdiyiniz günahdır. Bu etdiyiniz səhvdir. Siz doğruyla səhvin nə olduğunu bilirsinizmi..?.

Qəddafi bir neçə gündən sonra dəfn olunacaq. Milli Keçid Şurasının naziri Əli Tarhuni Qəddafinin cəsədinin dəfn hazırlıqları başa çatana qədər morqda saxlanılacağını açıqlayıb. Ə.Tarhuni hazırda Qəddafinin cəsədinin Misrat şəhərində olduğunu deyib.







Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır