Modern.az

İqtisadiyyata kredit qoyuluşu 19 faiz artıb

İqtisadiyyata kredit qoyuluşu 19 faiz artıb

8 Dekabr 2009, 19:40

Modern.az-ın məlumatına görə, Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib ki, 2009-cu il noyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 7963,7 mln. manat təşkil edib. 2008-ci il noyabrın 1-nə nisbətən 18,9% artıb.
Kredit qoyuluşlarının 290 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2009-cu il noyabrın 1-nə kreditlərin 2264,7 mln. manatı (28,4%) qısamüddətli, 5699,1 mln. manatı (71,6%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit-lərin 164,7 mln. manatı və ya 7,3%-i, uzunmüddətli kreditlərin isə 125,3 mln. manatı və ya 2,2%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankı tərəfindən iqtisadiyyata 3764,9 mln. manat (47,3%), özəl banklar tərəfindən 4021,9 mln. manat (50,5%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 177 mln. manat (2,2%) kredit qoyulub.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2040,1 mln. manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 25,6%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 372,9 mln. manat (4,7%) kredit verib. Kreditlərin 4431 mln. manatı və ya 55,6%-i manatla, 3532,7 mln. manatı və ya 44,4%-i xarici valyuta ilə verilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir