Modern.az

2019-cu ilin büdcəsi Milli Məclisin 5 iclasında müzakirə olunacaq - İLK DƏFƏ  

2019-cu ilin büdcəsi Milli Məclisin 5 iclasında müzakirə olunacaq - İLK DƏFƏ    

18 Oktyabr 2018, 12:39

2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin Milli Məclisin iclaslarında müzakirə ediləcəyi vaxt açıqlanıb.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri noyabrın 1-dən 8-dək Milli Məclisin komitələrində müzakirə ediləcək.

 

Daha sonra isə büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq. Bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir