Modern.az

Hadi Rəcəbli ilə FOTOSÖHBƏT

Hadi Rəcəbli ilə FOTOSÖHBƏT

Fotosöhbət

17 Aprel 2024, 11:37

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

 

Modern.az saytı onun 70 illik yubileyi ilə bağlı hazırladığı "Fotosöhbət"i yenidən təqdim edir.

 

Qeyd edək ki, məqalə ilk dəfə 2017-ci ilin oktyabr ayının 25-də yayımlanıb.

 

***

 

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin doğum tarixidir. Modern.az saytı komitə sədrinin 70 illik yubilyeyini nəzərə alaraq, onunla əvvəlki tarixlərdə yayımlanmış "Fotosöhbət" layihəsini təkrar təqdim edir.
 

Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
 

Siyasi elmlər doktoru, professordur. 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.
1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinski raboçiy” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Birinci, ikinci, üçüncü, dördünü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədridir. təmsil olunur.

Evlidir, 4 övladı var.

Valideyn adama hər zaman lazımdır. Bir yaşında da, altmış yaşında da ... Onlarla bir yerdə adam özünü çox güclü və xöşbəxt sanır.


Anamın arzusu olub mənə Boston kostyumu geyindirmək. Bax həmin kostyumlu oğlan mənəm. Məncə pis yaraşmır...  


1957-ci il. Pirşağıdakı pioner düşərgəsi. Aşağıda soldan ikinci mənəm...


Tale elə gətirdi ki, balaca vaxtlarımdan ailəmizin qayğıları həm də mənim də üzərimə düşdü. Odur ki, kiçik yaşlarından çörək zavodunda fəhlə işləməli oldum.



Boş dayanmağı sevmirəm və lap kiçik yaşlarından fəal olmağa çalışmışam. Pioner və komsomol fəalı olmuşam.


Bu şəkildə gördükləriniz  o dövrdə Lənkəranın say-seçmə cavanları idi.


1970-ci illərin ortalarında Lerikdə yaşayan 145 yaşlı Şirəli Müslümov dünyanın ən qocaman sakini idi.


Əsgərlik illərindən bir xatirə...


Mehriban xanımla nişanlı olduğumuz vaxtların şəklidi...



1972-ci il... İyul ayıının 4-ü... Səadət sarayında...

1975-ci il. Gənc ailə, ilk övladlar...

 
Qucağımdakı körpə oğlum Turaldır. Burada ailəmiz tam tərkibdədir...


Hər kəsin həyatında qayğılı anlar olur. Həmin qayğılı anların birində lentə alınıb bu şəkil.


Düz 25 ildən sonra sinif yoldaşlarımız toplaşdı...Yaman dəyişmişik bu 25 ildə.  


Şəki partiya komitəsinin birinci katibi işlədiyim vaxtlarda. O zaman indiki ədliyə nazirimiz Fikrət Məmmədov  respublika prokurorunun müavini idi. 



“Raykom” katibi kimi Kiyev şəhərindəki hərbi siyasətçi zabitlər hazırlayan iki aylıq kurslardan xatirə.


Ədliyyə naziri Fikrət Məmmədovla 25 il sonra.



Mixael Zabelinlə tanışlığımızın tarixi var. Uzun illər talelərimizin kəsişdiyi çoxlu və rəngarəng anları var.


Tale elə gətirib ki, özümdən yaşca xeyli böyük insanlarla birgə çalışmışam... Şəkidə “raykom” katibi olarkən dağ kəndlərindən birində.


Vaxt tapaıb yaradıcı insanlarla ünsiyyət qurmaq mənə çox şey verir.



Bu şəkildə Şəkidə “raykom” işlədiyim vaxtlardı. Yəqin ki, rəhmətlik Bəxtiyar Vahabzadəni, Həsən Həsənovu, Şirməmməd Hüseynovu tanıdınız.  



Şəki daim qonaqlı-qaralı şəhər idi. Tanısanız bu insanlar o dövrün ən məhşur siyasətçiləri idilər...


Ulu öndərimiz  Heydər Əliyev qaçqın, köçkün problemləri ilə bağlı məni tez-tez rəsmi görüşlərə dəvət edirdi.



LUKOYL-un prezidenti Vahid Ələkbərovla birlikdə. Sabiq millət vəkili Asya Manafovanın ona sözü var.


Qaçqınlara və köçkünlərə yardım etmək üçün Ərəb Beynəlxalq Təşkilatlarından yardım tapıb təyyarə və helikopterlərlə çadır düşərgələrinə daşımaq olduqca çətin iş idi...



Murtuz Ələsgərov Milli Məclisin sədri olan zaman keçirilən tədbirlərdən biri...


Özümü hər zaman Heydər Əliyevin əsgəri sanmışam.



Türkiyənin 11-ci prezidenti Abdulla Güllə ötən günlərdən kiçik xatirə.


Milli Məclisin sədri cənab Oqtay Əsədov deputatları hər zaman təmkinlə dinləyir.


Elçin Əfəndiyevlə xaricə səfərlərin birində növbəti təyyarə reysini gözləyərkən.



Həmişə düşünürəm ki, Əli müəllim bu qədər enerjini haradan tapır.


Məkkədə ziyarətdə olarkən... İman sahibi üçün Məkkə zayarəti ən unudulmaz tale anlarından biridir.


Sevimli xalq şairimizlə - Zəlimxanla Yaqubla...


Partiyamızın xalq arasındakı nüfuzu Heydər Əliyev siyasətinin təntənəsidir.


Ağadadaş Ağavey istənilən toyda yoldaşımla məni birgə görən kimi “Yarı məndə, yarı səndə” mahnısını ifa edir.


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ağıllı, təmkinli və çox sadə insandır.


Türkiyənin tanınmış ictimai-siyasi xadimi İhsan Doğramacı ilə çəkilən şəkillərdən biri...


Prezidentimizin arxasında durmaq həm şərəfli, həm də məsuliyyətlidir. Tarixə düşən bu xoşbəxt an Lənkəran Dövlət Dram Teatrının təmirdən sonra açılışında lentə alınıb.


“Palıdı sahil”də yorğunluğum tez çıxır. Əzizlərin, doğmaların yanındadırsa, niyə də belə olmasın..


Dostum Hüseynbala Mirələmovla orta məktəbdə də, tale elə gətirdi ki, yarım əsrdən sonra Milli Məclisdə də bir masa arxasında oturduq...


Mən nəvələrimin də idmanla mütəmadi məşğul olmasına ciddi fikir verirəm...


Axırki bütün ailə üzvləri tam tərkibdə bir yerə toplaşa bildi. 11.08.2010.


“Altı övlad, altı söhbət”... Rəhmətlik anam qardaş-bacı bir yerdə olanda mütləq xatirə şəkli çəkdirərdi.


Bu şəkildə oğlanlarım, qızlarımdır. Bir yerə toplaşan kimi xatirə üçün mütləq şəkil çəkdirmək təklifi olur...


Sərbəst geyinməyi çox xoşlayıram...

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?