Modern.az

“Azərbaycanda 2 milyon iş yeri açılıb” - Əli Əhmədov

“Azərbaycanda 2 milyon iş yeri açılıb” - Əli Əhmədov

İqtisadiyyat

25 Oktyabr 2018, 16:29

"Dünyada milyonlarla insan aclıq və iqtisadi məngənələrdən sıxılır. Biz üzərimizə götürülən öhdəlikləri yerinə yetirməli, elə dünya qurmalıyıq ki, orada aclıq olmasın, insanlar xəstəlik tapmasınlar".

 

Modern.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

 

Əli Əhmədov hesab edib ki, bu istiqamətdə qarşıda duran vəzifələr bizi daha ciddi işləməyə vadar edir:

 

“13-15 il ərzində Azərbaycan yoxsulluğu 55 faizdən 5 faizə endirə bilib, 2 milyon iş yeri açılıb. Bu rəqəmlərin reallıq olduğunu sübut etməyə ehtiyac yoxdur. Amma dəyişən yalnız statistika deyil. Bakı şəhəri gözəl və müasir şəhərə çevrilib. Ölkədəki regionların siması dəyişib. Bütün bunların 13-15 il ərzində əldə edilməsi bizi inandırır ki, dünyamızı da 13-15 il ərzində dəyişdirmək mümkündür”.
 

Ə. Əhmədov qeyd edib ki, dünyanın simasını dəyişmək üçün bir neçə şərt var: “Dünya dövlətləri və liderləri iradə ortaya qoymalıdırlar. Qaçqınlar, toqquşmalar, müharibələr dünyamızın əsas problemləridir. Bunlar həll edilmədən 2030-cu ilə qədər dünyanın simasını dəyişdirmək mümkün deyil. Azərbaycan məcburi köçkün problemini yaşayan ilk dövlətlərdəndir. 10 milyon əhalisi olan Azərbaycanın 1 milyon məcburi köçkünü var. Azərbaycan torpaqlarının işğalı nəticəsində bu insanlar qaçqın vəziyyətinə düşüb. Azərbaycan hökuməti qaçqınların daha layiqli yaşaması üçün çalışıb, amma insanlar öz doğma evlərinə qayıda bilmir, çünki torpaqlarımız işğal altında qalır. Odur ki, bəşəriyyət, o cümlədən BMT səy göstərməlidir ki, qaçqın problemi öz həllini tapsın".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır