Modern.az

Müğənni İlhamə Qasımova avropalıları heyrətləndirir (FOTOLAR+ VIDEO)

Müğənni İlhamə Qasımova avropalıları heyrətləndirir (FOTOLAR+ VIDEO)

Reportaj

27 Oktyabr 2011, 16:15

Azərbaycanlı müğənni İlhamə Qasımovanın yeni aranjemanda ifa etdiyi 30-cu illər Avropa hiti yenidən hitə çevrilib. İlhamə Qasımovanın Modern.az-a verdiyi açıqlamasına görə, artıq bu musiqi yeni çəkilmiş kliplə birgə Avropa musiqi bazarına çıxıb. Məlumata görə, klip məşhur MTV və Viva.tv-də yayımlanır. İ.Qasımovanın sözlərinə görə, bu mahnı Avropa bazarına məşhur "Universal music" şirkəti ilə bağladığı müqaviləyə əsasən çıxarılıb.

İ.Qasımova avropalıların ürəyini fəth etmək üçün 30-cu illərin hit remiksini seçməsinin Almaniyalı produsserinin məsləhəti ilə baş tutduğunu söyləyib. Onun sözlərinə görə, mahnını məşhur avropalı DJ OGB ilə birgə ifa edib. "Bei mir bist du schonn" mahnısı «Sən mənimçün ən gözəlisən» mənasını daşıyır. Odur ki, mahnının sözlərinə uyğun süjet qurularaq yumoristik klip çəkilib. Klipdə həmin dövrdə çəkilmiş filmin fraqmentlərindən istifadə edilib. İ. Qasımova bildirib ki,  klipdə 30-cu illərin dəbinə uyğun tərzdə geyim və saç düzümü ilə həmin dövrü avropalılara nostaljisini yaşadıb. Yeni aranjemanda təqdim edilən mahnının avropalılar tərəfindən bəyənildiyini və sevildiyini söyləyən müğənni, klipin 19 Avropa ölkəsində yayımlanacağını da bildirib.

Qeyd edək ki, "Bei mir bist du schon" mahnısının melodiyasını amerilalı yəhudi bəstəkar Şolom Sekunda 1932-ci ildə "I Would if I Could" müzikli üçün Ceykob Ceykobsun sözlərinə bəstələyib.













Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI