Modern.az

“Biz demirik ki, bu qalıqlar mütləq Müşfiqə aiddir”

“Biz demirik ki, bu qalıqlar mütləq Müşfiqə aiddir”

2 Noyabr 2018, 14:50

“Mikayıl Müşfiqin qalıqlarının tapılması və araşdırlması üzrə yaradılan işçi qrupun üzvlərindən biri də mənəm. Dünən hər bir üzvün iştirakı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclas keçirilib. Təbii ki, Müşfiqə aid olduğu iddia edilən qalıqların həqiqətə ona məxsus olub-olmadığını dədiqləşdirmək üçün  hər birimizin çalışması vacibdir”.

Bunu Modern.az-a açıqlamasında Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların araşdırlması üzrə yaradılan işçi qrupun üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.


İşçi qrupun üzvü bildirib ki, hər kəsin bir araya gəlməsi çox önəmlidir:

“Cənab Ramiz Mehdiyevin yanında keçirilmiş dünənki iclasda məsələ ilə bağlı hər birimizin fikirləri öyrənildi. Çünki qalıqların təsdiqi, yaxud da əksi üçün bir araya gəlmək çox vacibdir. Biz demirik ki, bu qalıqlar mütləq Müşfiqə aiddir. Sadəcə olaraq ehtimalları dəqiqləşdirməkdə fayda var. Ona görə də işçi qrup cənab prezidentin tapşırığına əsasən iş başındadır. Həmçinin, digər ehtimallar da var. Həmin ərazidə ola bilsin ki, digər görkəmli insanların da qalıqları olsun. Məsələn, Əhməd Cavadla bağlı da fikirlər səslənir. Ərazidə onun da məzarı, yaxud qalıqları ola bilər”.

Prezidentin tapşırığına əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

Əgər qalıqların həqiqətən şairə məxsus olduğu təsdiqini taparsa, onun yenidən dəfn olunması ilə zəruri tədbirlər görüləcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı