Modern.az

Jurnalistin mənzili qarət edildi

Jurnalistin mənzili qarət edildi

3 Noyabr 2018, 23:51

Jurnalist Pərviz Həşimlinin mənzilindən oğurluq edilib. Modern.az xəbər verir ki, bu barədə jurnalistin feysbuk hesabında məlumat yayıb.

 

Pərviz Həşimlinin sözlərinə görə, mənzildən komputer, printer, süvenirlər və digər əşyaları oğurlayıblar. Mənzilə daxil olan naməlum şəxslər evdə olan ehtiyat açarları da özləri ilə aparıblar. 


Pərviz Həşimli hadisə barədə polisə məlumat verib. Hazırda araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü