Modern.az

Azərbaycan kommunistləri birləşdi

Azərbaycan kommunistləri birləşdi

Təhsil

31 Oktyabr 2011, 11:32

Ələsgər Xəlilovun sədri olduğu Azərbaycan Kommunist Partiyası (AKP) və Telman Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası (AKP) (marksizm-leninizm platformasında) birlik qurultayı keçirilib. APA-nın məlumatına görə, 98 nümayəndənin iştirak etdiyi qurultayda əlavə və dəyişikliklərlə partiyanın nizamnaməsi və struktur islahatları ilə bağlı qərarlar qəbul olunub. Partiyada müavinlik institutu ləğv olunaraq katibliklə əvəzlənib. Qurultayda partiyanın ali orqanı Plenuma 75, Siyasi Büroya isə 18 üzv seçilib. 

AKP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi uğrunda keçirilən açıq səsvermədə Telman Nurullayev qalib gəlib. Ələsgər Xəlilov, Hacı Hacıyev, Fikrət Əzizov, Rəhim Həsənov, Baxşəli Hacıyev, Kəmalə İbrahimova, Seyidağa Muradov Mərkəzi Komitənin katibləri seçiliblər. 

İclasda kommunist yönümlü partiyaların bir təşkilatda birləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi istiqamətində fəaliyyətin intensivləşdirilməsinə dair də qərar qəbul olunub.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir