Modern.az

Qan donduran cinayət - ata üç qızını meşəyə aparıb güllələdi (VIDEO)

Qan donduran cinayət - ata üç qızını meşəyə aparıb güllələdi (VIDEO)

Reportaj

31 Oktyabr 2011, 19:22

İranda qan donduran cinayət hadisəsi baş verib. Həbsdən müvəqqəti olaraq çıxan ata üç qızını meşəyə apararaq silahla öldürüb.

Modern.az-ın məlumatına görə, İranın “Şərq” qəzeti xəbər verir ki, silah qaçaqmalçılığı ilə məşğul olduğundan ömürlük həbs cəzası çəkən 53 yaşındakı məhkum Mehrdad qızının toyunda iştirak etmək istəyini irəli sürərək təxminən iki ay əvvəl həbsxanaya verdiyi pulla müvvəqəti olaraq sərbəst buraxılıb.

Mehrdad toy üçün alış-veriş etmək məqsədilə 19, 12, 7 yaşındakı qızları Mehtap, Mehsa və Ladeni aldadarq maşınına mindirərib və meşəyə gizli bir yerə aparıb.

Narkotik istifadəçisi olan ata soyuqqanlıqla “Kalaşnikov” avtomatından atəş açmaqla hər üç qızını güllələyib. Hadisənin əvvəli böyük qız tərəfindən mobil telefonla lentə alınıb. Silahı onu telefonla lentə alan böyük qızına tuşlayan ata qəfildən ona yaxınlaşan kiçik qızına atəş açıb. 7 yaşındakı qızını oldürən məhkum daha sonra qaçmağa çalışan digər qızlarını yaş sırlaması ilə öldürüb.
Mobil telefondakı görüntülərə əsasən qızların son yalvarışı “Allah xətrinə ata!” olub.

Evə qayıdıb qızlarını öldürdüyünü həyat yoldaşına bildirən Mehrdad bunu etməsinə səbəb kimi ömür boyu həbsdə qalacağını göstərib və qızların gələcəyi üçün əndişələndiyini, ona görə də belə bir addım atdığını deyib. Daha sonra qızların yerini bildirən manyak ata yox olub. Hazırda ölkədə onun axtarışları aparılır.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır