Modern.az

İran İsrailə məhvedici zərbə endirəcək

İran İsrailə məhvedici zərbə endirəcək

Dünya

9 Dekabr 2009, 22:44

İran İsrailin mümkün müdaxiləsini dəf  etməyə hazırdır. Modern.az-ın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, bu barədə Dəməşqdə səfərdə olan  İranın hərbi idarəsinin rəhbəri Əhməd Vahidi bu gün bəyanat verib. İranın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Vahidi qeyd edib ki, əgər İsrail İrana müdaxiləyə qalxarsa,  onda İsrailin hərbi və nüvə obyektlərinə, ilk növbdə isə kütləvi qırğın silahları anbarlarına cavab zərbələri endiriləcək.
Vahidi onu da əlavə edib ki, İsrail İrana qarşı planlarını reallaşdıra bilməyəcək. “İsrail praktikada İslam Respublikasına qarşı hər hansı bir aqressiv ssenarisini reallaşdıra bilməyəcək, çünki çox güclü cavab zərbəsindən ehtiyat edir, bu zərbə İsraili tam məhv edə bilər”-deyə iranlı nazir qətiyyətlə bildirib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir