Modern.az

Türkiyədə kürd məsələsi ilə bağlı vəziyyət gərginləşir

Türkiyədə kürd məsələsi ilə bağlı vəziyyət gərginləşir

10 Dekabr 2009, 10:08


turkey
Türkiyənin Ali Məhkəməsi ölkənin əsas kürdpərəst partiyasını qanundankənar elan edə biləcək dinləmələrə başlayıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, söhbət həmçinin kürd PKK separatçıları ilə əlaqələrdə şübhəli bilinən bir sıra millət vəkillərinin mandatlardan məhrum edilməsi mümkünlüyündən gedir.
Müşahidəçilər xəbər verirlər ki, kürdpərəst Demokratik Cəmiyyət Partiyasının qadağan edilməsi hökumətin kürdlərlə milli barışığa yönəlmiş siyasətini iflasa uğrada bilər.
Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya Demokratik Cəmiyyət Partiyasını separatçılıqda və separatçı PKK-nın göstərişlərini yerinə yetirməkdə ittiham edib. Kürdpərəst DCP-nin Türkiyənin 550 vəkillik parlamentində 21 mandatı var.
Partiyanın funksionerləri hədələyiblər ki, Ali Məhkəmə onları qane etməyən qərar çıxararsa, parlamentdən istefa verəcək və beləliklə də ara seçkilərini qaçılmaz edəcəklər.
Bu da xəbər verilir ki, son günlər Türkiyədə kürdlərlə bağlı vəziyyətin gərginləşməsinə kürd gənclərin ölkə şəhərlərinin küçələrində zorakı etiraz nümayişləri səbəb olub. Onlar kürd separatçı lider Abdulla Ocalananın həbsxanada saxlanma şəraitinə etiraz edirlər. Bu həftənin əvvəllində Tokat şəhərində hərbi maşın pusquya salınıb və 7 əsgər öldürülüb. Əsgərlərin dəfn mərasiminə qatılan minlərlə insan kürd separatizmini pisləyən şüarlar çağırıb. PKK-nın yaydığı bəyanatda müqavimət göstərməkdən və mübarizəni gücləndirməkdən söhbət gedir.
Britaniya, Fransa, Ermənistan, Almaniya və Finlandiyada kürd
Ötən gün ərzində kürdlər etiraz aksiyaları keçiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir