Modern.az

Ərdoğan Meksika səfərini yarımçıq qoydu

Ərdoğan Meksika səfərini yarımçıq qoydu

10 Dekabr 2009, 10:27

Birləşmiş Ştatlardan sonra Meksikaya yollanan baş nazir Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq qoymalı olub. Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata əsasən, Ərdoğan 7 türk əsgərinin həlak olmasından sonra ölkədə siyasi gərginliyin arması ilə əlaqədar Meksika səfərinin ikinci gününü təxirə salaraq vətənə dönüb.     

Ərdoğanın xarici səfəri ölkənin müxtəlif bölgələrində “kürd açılımı” ilə əlaqədar vəziyyətin gərginləşməsi ilə bir vaxta təsadüf edib. Ölkənin aparıcı müxalifət partiyaları Ərdoğanı belə bir vaxtda xaricə səfər etməsini tənqid ediblər. Baş nazirin  məhz opponentlərin tənqidi altında geri dönmək barədə qərar qəbul etdiyi bildirilir.

 

Türkiyədə siyasi proseslər daha bir gözləniliməz addımla kəskinləşib. Türkiyənin Amerikadakı səfiri Nəbi Şənsoy gözlənilmədən istefa verib. Türkiyə Xarici İşlər Nazirliyi istefanın səbəbləri barədə açıqlama verməyib. Lakin diplomatın bu addımının Ərdoğanın Obama ilə görüşünün təşkilində meydana çıxan problemlərlə bağlı olduğu iddia olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər