Modern.az

Azercell-in “Karbon Kalkulyatoru” işə düşür

Azercell-in “Karbon Kalkulyatoru” işə düşür

4 Noyabr 2011, 12:16

Azercell Telekom MMC bu dəfə ətraf mühitin müdafiəsi sahəsində unikal bir təşəbbüslə çıxış edir. Azərbaycanda ilk dəfə olaraq yalnız Azercell abonentləri atmosferə ifraz olunan   karbon qazının miqdarını ölçə biləcəklər.

“Karbon Kalkulyatoru” adlı layihənin məqsədi ətraf mühitin müdafiəsi ilə bağlı maarifləndirməni gücləndirmək, həmçinin yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaqdır. Azercell-in bu təşəbbüsü planetimizdə ekoloji durumun mənfi istiqamətə  yönəlməsinin qarşısının alınmasına verilən bir töhfədir. Ən əsası isə odur ki, bu layihənin iştirakçısı olacaq vətəndaşlar həyatlarının ətraf mühitə nə cür təsir etdiklərini bilməklə yanaşı, bu təsirə nəzarət edə və onu müsbət tərəfə dəyişə biləcəklər. 

Alimlər sübut ediblər ki, Yer kürəsində izlənilən iqlim dəyişikliyinin bir səbəbi də karbon qazının atmosferə buraxılması ilə əlaqədardır.  Belə ki, ötən 10 il ərzində planetin ümumi hərarəti 1°C artıb. Əgər karbon qazının artması bu cür sürətlə davam edərsə, bu əsrin sonuna qədər Yerin temperaturu 11°C də  arta bilər. Bu isə Yerin iqlimində kəskin dəyişikliklər və qarşısı alınmaz fəsadlara gətirib çıxara bilər.

Azercell qlobal iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə bu cür unikal təşəbbüslə çıxış edən ilk Azərbaycan şirkətidir. Belə ki, tək Azercell abonentləri yox, həmçinin bütün Azərbaycan vətəndaşları istənilən yerdə olarkən gündəlik həyatda “Karbon Kalkulyatoru”ndan istifadə edərək, atmosferə ifraz olunan karbon qazının miqdarını hesablaya biləcəklər. Bu isə hər bir kəsə ətraf mühitə hansı dərəcədə təsir göstərdiyini aydın şəkildə görməyə və izləməyə imkan verəcək.

Beləliklə, bu layihə çərçivəsində hər bir  azərbaycanlıya qlobal iqlim dəyişikliyinə öz təsirini azaltmaq, ətraf mühitə qarşı zərərsiz tərzdə davranmaq üçün müxtəlif variantlar təklif olunacaq.

Ətraf mühitin müdafiəsi məsələsi daim Azercell-in diqqət mərkəzindədir. Şirkət alternativ enerji mənbəyi ilə işləyən ilk radio baza stansiyasını işə salan ilk mobil operator olub. 2009-cu ildə istismara verilən və Şahdağda yerləşən bu stansiya günəş və külək enerjisindən istifadə etməklə fəaliyyət göstərir. Bundan əlavə, şirkətin göstərdiyi mobil rabitə xidmətləri  nəqliyyat və çap işlərini əvəzləməkdə yardım edir ki, bu da ölkədə ekoloji durumun yaxşılaşdırılmasına səbəb olur. Bu baxımdan, “Karbon Kalkulyatoru” layihəsini də Azercell-in ətraf mühitə münasibətdə nümayiş etdirdiyi diqqətin göstəricisi kimi qiymətləndirmək olar.

“Karbon Kalkulyatoru”ndan istifadə etmək üçün: www.azercell.com/carbon

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir