Modern.az

Təhsil nazirinin sabiq müavini Elmar Qasımov üzə çıxdı (FOTO)

Təhsil nazirinin sabiq müavini Elmar Qasımov üzə çıxdı (FOTO)

4 Noyabr 2011, 15:19

Bakı Biznes Mərkəzində Azərbaycanın futbol çempionatının - Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümünün qalibi olmuş komandaların mükafatlandırma mərasimi keçirilib.
Modern.az saytının məlumatına görə, mərasimdə iştirak edənlər arasında təhsil nazirinin sabiq müavini Elmar Qasımov da olub.

Qeyd edək ki, Elmar Qsımov bu tədbirə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi qatılıb.

Elmar Qasımov sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamı  təhsil nazirinin müavini postundan azad edilib. Baş nazir Artur Rasizadənin dünən imzaladığı qərarla isə E.Qasımov Təhsil Nazirliyinin kollegiya üzvlüyündən də çıxarılıb.

Nazir müavini postundan istefaya göndərilən E.Qasımov son vaxtlar görünmürdü.

Bəzi məlumatlara görə, E.Qasımov təhsil naziri postuna iddiasının qurbanı olub. Bununla bağlı məlumatlarda qeyd olunur ki, E.Qasımov nazir postuna iddiasını hətta açıq şəkildə biruzə verməsi ona baha başa gəlib.
Hazırda heç bir rəsmi vəzifə tutmayan sabiq nazir müavini AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Elmar Qasımov  1999-cu ildən təhsil nazirinin müavini kürsüsündə əyləşirdi. 12 il vəzifə kreslosunu dəyişməyən sabiq nazir müavini Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.




Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi