Modern.az

Türkiyədən Bakıya 300 yeni avtobus gətiriləcək

Türkiyədən Bakıya 300 yeni avtobus gətiriləcək

İqtisadiyyat

23 Noyabr 2018, 11:06

Bakı Nəqliyyat Agentliyi (BNA) 300 yeni avtobusun gətirilməsi üçün Türkiyənin  “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətilə danışıqlara başlayıb.

Bu haqda BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, avtobusların gətirilməsilə bağlı dəqiq tarix bəlli deyil:

“Danışıq prosesindən asılı olaraq, avtobuslar ilin sonu növbəti ilin əvvəllərində Azərbaycanda olacaq. Hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir. Prezident İlham Əliyevin 8 avqust tarixli sərəncamında göstərildiyi kimi, indiki mərhələdə 300 ədəd müasir komfortlu avtobusların alınması nəzərdə tutulub. Hazırda şirkətlə avtobusların gətirilməsi və digər texniki məsələlərlə bağlı müzakirələr aparılır”.

M.Ağayevin sözlərinə görə, yeni avtobuslar alınıb gətirildikdən sonra sərnişinlərin daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq:

"Yeni avtobusların uzunluğu 12 və 18 metrdir".  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!