Modern.az

Azərbaycanın xarici  və daxili borcalmaları ilə bağlı qaydalar DƏYİŞİR

Azərbaycanın xarici  və daxili borcalmaları ilə bağlı qaydalar DƏYİŞİR

26 Noyabr 2018, 11:25

Azərbaycanın xarici  və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə görə, qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndi  və 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndləri ləğv edilir.

“Dövlət borcu haqqında” qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.

Sənədin 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndində isə qeyd edilib ki, Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.

Dəyişiklikdən sonra isə Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti daxili və xarici borc alına bilməyəcək.

 

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin noyabrın 27-i və 30-da keçiriləcək iclaslarında müzakirə ediləcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir