Modern.az

Azərbaycanın dövlət borcunun çatışmayan hissəsini bu FOND ödəyəcək

Azərbaycanın dövlət borcunun çatışmayan hissəsini bu FOND ödəyəcək

26 Noyabr 2018, 11:58

Azərbaycanın dövlət borcunun çatışmayan hissəsi Təminat Fondu hesabına icra ediləcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət borcu haqqında” qanunun 7-ci maddəsinə (Dövlət borcuna xidmət) dəyişiklik təklif edilir.

Belə ki, qanunun 7.1-ci bəndi yeni redaksiyada verilir.

Hazırkı qanunvericiliyə görə, Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərcləri müvafiq büdcə ili üzrə “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Qanununda nəzərdə tutulur.

 

Təklif olunan dəyişiklik isə aşağıdakı kimidir:

Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması müvafiq büdcə ili üzrə “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanununda nəzərdə tutulur. Ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.

 

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin noyabrın 27-i və 30-da keçiriləcək iclaslarında müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir