Modern.az

Azərbaycanda 1222 ədəd qeydiyyatsız radioelektron vasitə aşkarlanıb

Azərbaycanda 1222 ədəd qeydiyyatsız radioelektron vasitə aşkarlanıb

10 Dekabr 2009, 14:30

2009-cu ilin 11 ayı ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 576 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib edib.Bu barədə Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 1222 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitələr aşkarlanıb. Onlardan 749 ədədi qeydiyyata salınıb, 204 ədədi möhürlənib, 278 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür, 21 ədədi isəistismara yararsız olduğu üçün silinib. Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 147 protokol yazılıb, müvafiq hüquqi tədbirlər
görülüb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir