“Ceyhun Hacıbəylinin iki oğlu var idi - Ceyhun (Ceyçik) və Timuçin. Ceyhun Ceyhun Hacıbəylinin kiçik oğlu idi”.
Bunu Modern.az saytına açıqlamasında Bakıda səfərdə olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe bildirib.
O qeyd edib ki, Ceyhun Hacıbəyli (oğul) İkinci Dünya Müharibəsində Fransa ordusunun tərkibində zabit kimi iştirak edib.
Paskal Hacıbəyli Buşe söyləyib ki, Ceyçik 1940-cı ildə faciəli şəkildə həlak olub.
O, həmçinin Diasporla İş Üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı gördüyü işləri də yüksək qiymətləndirib.
Qeyd edək ki, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirləri çərçivəsində hazırda Bakıdadırlar.