Modern.az

OPEK ölkələri neft hasilatını azaltmaqla bağlı razılaşdı

OPEK ölkələri neft hasilatını azaltmaqla bağlı razılaşdı

5 Dekabr 2018, 23:29

Avstriyanın paytaxtı Vyanada OPEK Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda neftin bazardakı son durumu müzakirə edilib.

OPEK ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.

Omanın Neft və Qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi bildirib ki, 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barrel təşkil edə bilər.

 

Qeyd edək ki, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov dekabrın 7-də OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir