Modern.az

Akademik Mehdi Mehdizadənin tələbə yoldaşları kimlərdir?  

Akademik Mehdi Mehdizadənin tələbə yoldaşları kimlərdir?   

6 Dekabr 2018, 09:14

Bir dəfə yolum Şamaxıya düşmüşdü. Oğlum o vaxtlar Moskvada stomatoloji klinikaların birində işləyirdi: Moskva həkimlərindən xarici tibbi yenilikləri öyrənməyə getmişdi. Odur ki, səyahətə onun laçınlı dostu doktor Elnurun təzə aldığı "Moskviç"lə çıxmışdıq.

Bakıya qayıdanda yolda POLADLI kəndinin göstəricisini görəndə həm ərklə, həm də utana-utana Elnura dedim ki, “Elnur, bəlkə Poladlıya da dəyək? Bir tələbə yoldaşım orada yaşayır, çoxdandır görmürəm”.

Düzü, Elnurun maşınını 4-5 saat istismar etdiyimizdən xəcalət çəksəm də, incəvara, o, bir söz demədi. Ürəyində Moskvaya Rəsulun ünvanına nə göndərdiyini deyə bilmərəm.

Nə isə... Yolda o tərəflərə avtobus gözləyən bir nənə və onun iki kiçik nəvəsini də özümüzə bələdçi etdik. Nənə eşidəndə ki, Ələkbər müəllimgilə gedirik, dedi ki, “rəhmətlik yaxşı adam idi, Allah rəhmət eləsin”. Bir az tutuldum, düşündüm ki, bəlkə səhv eləyir. Bəlkə onu  başqa adamla qarışıq salır.

...Düz deyirmiş. Ələkbər müəllim bir neçə il bundan qabaq vəfat edibmiş.. Onlar-bələdçilərimiz Yekəxanada düşdülər, biz yolumuza davam etdik.

Kənddə məscidin yanında rəhmətliyin evinin yerini soruşanda bir nəfər heç nə demədən maşınımıza əyləşdi. Sən demə bu, Ələkbər müəllimin dərs dediyi şagirdlərdən biri imiş. Küçə qapısını döyməyə ehtiyac olmadı. Uşaqlar hansı yollasa, Ələkbər müəllimin oğlu Şəhriyar müəllimə xəbər çatdırıblarmış...

Şəhriyar Ələkbərin böyük oğludur. Tarix müəllimidir. Onu birinci dəfə idi ki, görürdüm.

Yolda eşitdiyimiz xəbərə görə üzrxahlıq etdim, başsağlığı verdik, həyatda var olanlarına uzun ömür arzuladıq. Molla gəldi, rəhmətliyi yada saldıq.

Kənd adətinə görə, biz qonaqlarla salamlaşmağa, bizi  görməyə qohum-əqrəba yığışdı.

Sağ olsunlar, Ələkbər müəllimi yaxşı insan, savadlı müəllim kimi  yaxşı qiymətləndirdilər.

Məqsədimiz bir az əyləşəndən sonra geri qayıtmaq idi. İmkan vemədilər, belə məsləhətləşdik ki, axşamtərəfi yola çıxarıq.

Həyətdə qohum-əqrəbaların köməyi ilə qonaqqarşılama tədbirinə hazırlığa başlamışdılar.

Belə yerdə adam özünü naqolay vəziyyətdə hiss edir. Düşünürsən ki, ev yiyəsini çətinliyə salırsan. Şəhriyar mənim narahatçılığımı hiss edib, söhbəti atasının yaxın dostlarına yönəltdi. Mən onunla sonuncu dəfə 5-10 il  bundan əvvəl əlaqə saxladığıma görə, təbii ki, özümü bu sırada görmürdüm. Sən demə, Ələkbərin sağlığında bu evə tələbə yoldaşlarımızdan bir neçəsi gəlibmiş. Ən çox yadda qalanı Əbülfəz Məmmədov idi. V  kursda oxuyanda ilk kitabı çıxan Əbülfəz Naxçıvanlı...

Əbülfəzin saatlarla bu evdə şeir oxuduğunu  başqaları da dedilər. Təsəvvür edirəm, Əbülfəz həmişə məclislərdə ən çox yaxşı söz deyənlərdən idi.

Tələbə yoldaşımız şamaxılı Ramiz Baxışov bu kəndlə qohum olub. Şəhriyar atasının tələbə yoldaşları ilə cəkdirdiyi şəkilləri gətirdi, onların çoxu haqqında  maraqlı söhbətlər etdi.

Mənim də şəklim üzə çıxdı-Ağsulu  raykom işçisi Xəyyam Mirzəliyev, Ələkbər və mən.

Şəkillərin bir neçəsi divardakı çərçivələrdən bizə tərəf boylanırdı. Mən bu şəkillərin cərgəsində yox idim. Bu da təbii idi, tələbə dostlar çox vaxt bir-birlərini tez unudurlar.

Ünsiyyət insanların bütün ömrü boyu davam etməlidir. İnsanlar gərək bir-birlərini unutmasınlar.

Şəhriyar atasının kitabxanasını sıliqə ilə saxlayır. Hiss edirsən ki, ixtisasca tarix müəllimi olan Şəhriyar Azərbaycan ədəbiyyatını da, Azərbaycan dilini də yaxşı bilir, o, dünyagörüşünə görə həmyaıdlarının çoxundan yaxşı mənada fərqlənir. Sonralar o, AMEA Şərqşünaslıq İnstitutunun  dissertantı olanda  mən o vaxt fikrimdə yanılmadığımı hiss etdim.

Şəhriyarla axırıncı dəfə 2-3 il bundan qabaq zəngləşmişəm, oğlu olmuşdu. Sevinclə xəbər veridi ki, əmi, oğlumuz oldu, adını da Ələkbər qoyduq...

Onda mən yolda idim... Səhv eləmirəmsə, kiçik qardaşımın qırx mərasiminə gedirdim.. Çətin məqamları yaşasam da,özümü  cəmləşdirdim, Şəhriyarı ürəkdən təbrik etdim: “Adı ilə böyüsün, Şəhriyar. Deməli, indi Poladlıda  yenə də Ələkbər Əliyevin adı çəkiləcək. Babasına layiq övlad olsun...”.

..Şəhriyar biz qocalara baxanda çox istiqanlı  ziyalıdır. Bakıya dostumuz, tələbə yoldaşımız İsa Əliyevin matəm mərasiminə gəlmişdi. Halbuki o məclisdə tələbə yoldaşlarımızın bir neçəsinə zəng etsək də, heç biri vaxt və sağlamlıq imkanı tapmamışdı.

Olur da... Onsuz da insanların istəyindənasılı olmayaraq, həyat davam edir.

Şəhriyar arayıb, axtarıb Əbülfəzi də tapmışdı. Bunu mənə deyəndə danışğından hiss etdim ki, əmi-bala yaxşı ünsiyyət qurublar.

Əbülfəzin ölüm xəbərini mən çox gec eşitdim. Sonralar ailələrinə başsağlığı göndərdim.

Mənə elə gəlir ki, Şəhriyar o məclisdə mütləq iştirak edib. O, Əbülfəzi  müasir şeirimizin nadir yaradıcılarından biri heab edirdi.

Şəhriyar paylı-peşkəşli qonaqladandır. Hər dəfə bizə gələndə əlidolu gəlirdi. Mən ona

bu xasiyyəti dəyişməyi, deyəsən, tərgidə bildim. Mənə elə gəlir ki, bəzən ünsiyyət elə bu əlidoluluğa görə yavaş-yavaş sönməyə başlayır. Ünsiyyətin qarşılıqlı olması üçün o qədər də utandırıcı  dəm-dəstgah olmamalıdır.

İnsanlar, bir-birinizlə səmimi olun. Həyat  - gözəldir. Bu gözəlliyin də hamının ürəyincə  olan nəsnələri var.

Sizi dostluğa, səmimiyyətə dəvət edirəm. Gəlin, hamımız  babalarımızın dostluğunu davam etdirək,bir-birimizi unutmayaq...

Nazim Nəsrəddinov
06.12.2018

 

P.S. Mən bu yazını bu gün yazası deyildim. Fikirləşirdim, müəyyən bir forma,üsul axtarırdım.

1921-ci ildə Bakıda yaradılmış Azərbaycan Ali Pedaqoji İnstitutunun 1926-cı il məzunları

haqqında materialları araşdırırdım. Birdən ağlıma gəldi ki, görəsən  AAPİ-nun 1926-cı il

məzunlarından biri olan cəbrayıllı akademik Mehdi Mehdizadənin tələbə yoldaşları

kim olub?

Aha... Tapdım və sevindim. Onlardan ikisini, yəqin ki, çoxlarınız da tanıyır; şair və tərcüməçi Mikayıl Rzaquluzadə, istiqlal şairimiz Əhməd Cavad - Cavad Axundazadə.

Mehdi Mehdizadənin digər tələbə yoldaşlarının bir qrupunun siyahısını Sizlərə ünvanlayıram.

Qobustanlı Şəhriyar müəllim  Sizlərə görk olsun. Dostluğa, yaxşı ənənələrə sadiq insan kimi. Yaxşı dost kimi... yaxşı atanın yaxşı oğlu kimi...

Nəsillərin dostluğunu davam etdirin.

Vallah, dünyada ən böyük nemət can sağlığıdır,yaxşı adamlarln yaxşılığa xidmət edən

ünsiyyət mədəniyyətidir.

****

Görəsən, AKADEMİK MEHDİ MEHDİZADƏ nazir olanda tələbə yoldaşlarına

qayğı göstəribmi?

Mehdi Mehdizadənin tələbə yoldaşlarlnı siz də tanıyın

1926-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirənlərin  bir qrupunun siyahısı

 

FİZİKA - RİYAZİYYAT FAKÜLTƏSİni bitirənlər

1.Sahib Hüseynzadə-Lənkəran
2.Həsən Həsənzadə-Ağdam
3.Mehdi Mehdizadə-Cəbrayıl
4.Mustafa Cabbarzadə-Nuxa
5.Mustafa İsmayılzadə-Ağdaş 
6.Nəsib Qasımzadə-Gəncə
7.Hüseyn Həmidzadə-Gəncə
8.Rəsul Rəhimli-Şamaxı
9.Firudin Mahmudbəyli-Şamaxı

10.Rizvan Kaşizadə-Nuxa

11.Əlişah Məhəmmədov -Nuxa

12.Səfər Ramazanov-Lənkəran

13.Tofiq Ağayev-Şamaxı

14.Kərim Kərimzadə-Göyçay

15.Hacıbala İsmayılzadə-Göyçay

16.Sadıq İbrahimzadə-Göyçay

17.Soltan Ağazadə-Göyçay

18.Bəhmən Məhəmmədzadə-Şuşa
19.Ələşrəf Hacızadə-Nuxa
20.Abbas Abbaszadp-Təbriz

21.Ziya Azaqbəyli-Nuxa

Təbiət aqronomluğu fakültəsini bitirənlər

1.Məmmədbağır Əlizadə-Göyçay
2.İdris Musazadə-Gəncə
3.Hacı Hacızadə-Gəncə
4.Əmin Abdullazadə-Şamaxı
5.Yusif Mahmudzadə-Göyçay
6.Yəhya İsmayılzadə-Göyçay
7.Musa Əfəndizadə-Ağdaş
8.Zahid Əlizadə-Nuxa
9.Həsən Əfəndizadə-Nuxa

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir