Modern.az

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO

10 Dekabr 2018, 16:30

"Space" telekanalının "El bizim, sirr bizim" verilişinin qonağı, özünü saytlardan birinin baş redaktoru kimi təqdim edən Mirismayıl Xələfli qalmaqallı açıqlama ilə gündəmə gəlib.

 

Modern.az xəbər verir ki, onun efirdə 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi səs-küyə səbəb olub.

 

Məhz buna görə M.Xələfli efirdə verilişin digər qonaqları tərəfindən pedofil adlandırılıb.

"Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm, yatmalıyam" deməsin". Mən öz yoldaşıma dərs demişəm".

 

Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və o, tənqid olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı