Modern.az

Ərdoğan: “Qarabağ münaqişəsi həllini tapmalıdır”

Ərdoğan: “Qarabağ münaqişəsi həllini tapmalıdır”

11 Dekabr 2009, 11:59

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın   “Russia Today” agentliyinə verdiyi müsahibədə  bir daha Türkiyə - Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinə toxunub. Modern.az-ın Türkiyə mətbuatna istinadən yaydığı məlumata əsasən,  Ermənistanla münasibətləri dəyərləndirən Ərdoğan qondarma “erməni genosidi” iddialarına  təpki göstərib. Bu məsələnin tarixçilərin işi olduğunu qeyd edən baş nazir “bu, siyasətçilərin işi deyil, belə bir yanlış işin içinə Osmanlı düşməyib. İl 1915-ci ildir. Türkiyə Cümhuriyyətinin quruluşundan  8 il öncədir. Bu, soyqırım olaraq dəyərləndirilə bilməz” deyib. 1915-ci ildə yaşananların bir yerdən başqa yerə köç olayı olduğunu və üsyanlar səbəbi ilə qarşılıqlı olaraq toqquşmalar yarandığını deyən Ərdoğan əlavə edib ki, 1 milyona yaxın sənəd var. “Ermənistan tarixi arxivlərinin açılmasına izin verməlidir. Bu, sadə məsələdir. Ermənistan isə buna razılıq vermir. Bu üzdən Türkiyəni suçlayacaq bir zəmin yox. Bu məsələdə hər hansı suçlamanı qəbul etmirik”. 

Türkiyənin ən yaxşı niyyətlə Ermənistana barış çubuğu uzatdığını deyən Ərdoğan bəyan edib ki, Qarabağ münaqişəsi həllini tapmalıdır. “Dağlıq Qarabağ  problemi və Azərbaycan torpaqlarının işğalı ortadan qalxmalıdır. İşğalın sona çatmasından sonra bölgədə yeni proseslərin başlayacağına əmin ola bilərsiniz”-deyə baş nazir bildirib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi